22 C
Baku
Thursday, April 25, 2024

“Coca-Cola Company” “Diet Coke” məhsulunu rebrendinq edir

“Coca-Cola Company” 35 illik tarixə malik olan “Diet Coke” məhsulunu yeniləyib. Başqa adla məhsul rebrendinq edilib.

Facemark.az xəbər verir ki, yenilənmə markanın qablaşdırılmasını əhatə edir. “Diet Coke”un dadı eyni qalıb. Ancaq məhsula bəzi yeni dadlar da əlavə edilib. Məsələn, “Ginger Lime”, “Feisty Cherry”, “Zesty Blood Orange” və “Twisted Mango”.

Şirkət markanın rebrendinq edilməsinin səbəbləri sırasına məhsulun istehlakçılar tərəfindən cəlbediciliyini artırmaq dayandığını vurğulayıb.

Eyni zamanda, dizaynerlər markanın əsas gümüş rəngini dəyişdirməyib, məhsul bu dəfə daha uzun və incə şüşələrə əlavə edilib. Qablaşdırmanın üzərindəki yazılarda da dəyişiklik diqqət cəlb edir.

“Diet Coke”un köhnə brend meneceri Melissa Şvartz deyib ki, markanın rebrendinq edilməsinin səbəbi hamıya aydın olduğu kimi məhsulun istehlakçılar arasında cəlbediciliyi artırmaq və daha gənc auditoriyaya xitab etməkdir.

Şirkət 2 ildə ərzində 10 min insan arasında 30 resept üzrə dad test edib və ən sonunda ən yaxşısını seçib.

Yenilən “Diet Coke” yanvarda ABŞ bazarında, fevralda isə Kanadada satışa çıxarılacaq.

Qeyd edək ki, “Diet Coke” digər ölkələrdə “Coca-Cola Light” adı ilə satışa çıxarılır. Şirkətdən bəyan ediblər ki, onlar “Coca-Cola Light” da dəyişiklik etməyəcəklər.

 

Xatırladaq ki, ekspertlər isə bildirir ki, “Coca-Cola Company” “Diet Coke”u yeniləməsinin səbəbi məhsulun ABŞ-da satışlarının aşağı düşməsi səbəb olub. Bildirilir ki, ABŞ əhalisi sağlam həyat tərzi səbəbidən dolayı artıq bu cür məhsulların tərkibində kalorinin 0 olmasına şübhə edirlər. Düşünürlər ki, məhsulun tərkibinə əlavə süni dadlandırıcılar əlavə olunur.

Xatırladaq ki, “Coca-Cola Company” “Diet Coke” məhsulunu 1982-ci ildə bazara təqdim etmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər