22 C
Baku
Saturday, April 20, 2024

Coca-Cola ilə işləyən mobil telefon

Daizi Zheng Nokia üçün Coca-Cola ilə işləyən mobil telefon icad edib. Nə qədər qəribə səslənsə də, mobil telefon qida elementlərinin karbohidratlardan (bu halda şəkər) elektrik yaratması ilə işləyir. Buna görə də telefon həmçinin tərkibində şəkər olan hər hansı maye ilə də işləyəcək.

İxtiraçının sözlərinə görə, ətraf mühiti çirklənmədən qorumaq üçün adi standart batareya əvəzinə təbii bioloji məhsuldan istifadə olunub. Bio batareya karbohidratlardan elektrik əldə edə bilən ekoloji cəhətdən təmiz mənbədir və o burada katalizator kimi fermentlərdən istifadə edir.

Telefonunuza enerji yükləmək üçün sizə sadəcə şəkərli su lazım olacaq və telefonunuz enerji yığdığı zaman həmçinin su və oksigen də istehsal edəcək. Bio batareya ənənəvi lityum batareyadan 3-4 dəfə artıq işləmə potensialına malikdir və bununla da ekoloji cəhətdən təmiz məhsuldur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər