13 C
Baku
Wednesday, May 8, 2024

Coca-Cola üzərində Warren Buffet-in şəkli olan içki satacaq

Banker.az saytının Forbes nəşrinə istinadən verdiyi xəbərə görə, Coca-Cola şirkəti üzərində milyarder Warren Buffet-in şəkli olan vişnəli Cherry Coke içkisini Çində satışa çıxarır.

Coca-Cola şirkətinin baş icraçı direktoru Muxtar Kent Coca-Cola bankasının üzərində Buffet-in təsvirinin yerləşdirilməsi təklifini milyarderin özünə təklif edibmiş. Şirkətin Çində olan marketinq direktoru Şelli Li bildirib ki, “Buffet bu ideya ilə razılaşdıqda biz həqiqətən heyrətləndik. Qeyd edim ki, içki çox yaxşı satılır”.

Berkshire Hathaway şirkətinin rəhbəri olan Buffet bu içkinin ən məşhur pərəstişkarlarından biridir. Milyarder demək olar ki, ictimaiyyət qarşısında demək olar ki, hər dəfə çıxış etdikdə ən azı 1 bu içkidən içir.

1980-ci illərin sonunda Warren Buffet 400 milyon dollara şirkətin səhmlərini alaraq Coca-Cola şirkətinin nəhəng investoru oldu. İndiki dövrdə həmin səhmlər Berkshire Hathaway şirkətinə 15 milyard dollar qazandırıb.

f5c7b0ed532989767d9e988b88a4d47138227dfb

Son xəbərlər
 ⁠
Digər xəbərlər