8 C
Baku
Thursday, March 28, 2024

Commonwealth Bank

Commonwealth Bank of Australia (Avstraliya Birlik Bankı) – Avstraliyanın ən böyük bankıdır. Commonwealth Bank pərakəndə satış, fondların idarə edilməsi, yaşlılıq təqaüdü, sığorta, investisiya və vasitəçilik xidmətləri də daxil olmaqla bir çox maliyyə xidmətləri təqdim edirlər.

Commonwealth Bank of Australia 2008-ci ildə yanvar ayı üçün Avstraliya Fond birjasında ikinci ən böyük listinq şirkəti idi. 7 dekabr 2007-ci ildə Avstraliyanın ən rahat bankı adı uğurunda mübarizədə ANZ-ə qalib gələ bilmişdir.  

1911-ci ildə Avstraliya hökuməti tərəfindən əsası qoyulmuş Commonwealth Bank of Australia Avstaliya Milli Bankı, ANZ və Westpac ilə birlikdə Avstraliyanın “böyük dördlüyünə” daxildir. 1912-ci ildə Tasmaniya, 1920-ci ildə isə Kvinslendin banklarını özünə birləşdirdi. 1931-ci ildə Yeni Cənubi Uels və Qərbi Avstraliyanın dövlət yığım bankları ilə birləşdi.

Bank müxtəlif xidmətlər göstərir: fiziki şəxslər üçün bank xidmətləri (xüsusi və kiçik biznesi olan müştərilərə xidmətlərin göstərilməsi); beynəlxalq maliyyə xidmətləri (bank offşor imkanları nəzərə alır və bank işi, sığorta, investisiya xidmətləri göstərir); beynəlxalq fəaliyyət: Commonwealth Bank of Australia həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə (İndoneziya, Fici və Çin; London, Nyu-york, Tokio, Sinapur, Honkonq və Oklenddə filiallar) mövcuddur; məhsul və xidmətlər: Commonwealth Bank of Australia müştərilərə borc, kredit kartları və yığım hesabları kimi geniş məhsul və xidmət spektri təqdim edən Avstraliyanın ən iri pərakəndə bankıdır.

Bu gün Commonwealth Bank of Australia-ın bütün Avstraliyada 1000 filialı və 3,3 min bankomatı var. Gün ərzində 120 milyon zəngə cavab verən 10 qaynar xətt mərkəzi də fəaliyyət göstərir. 187 min EFTPOS terminalı mövcuddur. İşçilərinin sayı 38 minə çatır. Commonwealth Bank of Australia ən iri 500 korporasiya reytinqində 267-ci yeri tutur (Fortune 500).

Son xəbərlər
Digər xəbərlər