15 C
Baku
Friday, March 29, 2024

Con Uilyams: FED uçot dərəcəsini bu il bir dəfə, gələn il üç dəfə artıra bilər

San-Fransisko FED-in rəhbəri Con Uilyams (John Williams) 2017-ci ildə FED-in bir, 2018-ci ildə isə üç dəfə uçot dərəcəsini artırmasının doğru olacağını bildirib. “Bloomberg” agentliyinə istinadən, bunu C.Uilyams San-Fransiskoda keçirilən konfransda bildirib. Lakin faiz artımları ilə bağlı qərarların sayının isə yenə də iqtisadi göstəricilərə bağlı olacağını deyib.

C.Uilyams faiz dərəcəsinin gec və ya tez 2,5% səviyyəsinə çatdırılmasının zəruri olduğunu vurğulayıb. Xatırladaq ki, San-Fransisko FED-in rəhbəri daha əvvəlki açıqlamalarında aşağı uçot dərəcəsinin FED üçün potensial monetar siyasət aləti olduğunu deyib.

C.Uilyams bir müddət sonra növbəti resessiyanın mümkünlüyünü bildirərək, FED-in təmkinli davranmasını vacib sayır.

– Report

Son xəbərlər
Digər xəbərlər