16 C
Baku
Thursday, April 25, 2024

Çovdar Filiz Emalı Sahəsi / Texniki xidmət və təmir bölməsinin rəhbəri (Daşkəsən) – AzerGold QSC

Vəzifə: Çovdar Filiz Emalı Sahəsi / Texniki xidmət və təmir bölməsinin rəhbəri

İş yeri: Daşkəsən

Əsas vəzifə və öhdəliklər:

• Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
• Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması.
• Aylıq hesabatların hazırlanması;
• İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
• Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va ona nəzarət;
• Yerinə yetirilmiş işlərin ölçülməsi və müvafiq mal material silgisinin təşkili;
• Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
• Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
• Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
• Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
• İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Müvafiq sənədləşmə işlərinin aparılması;
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
• Müvafiq hesablamaların aparılması. (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Təşkilatçılıq və İdarəetmə bacarığı;
• Qüvvədə olan tikinti və layihələndirmə normativləri ilə tanışlıq;
• Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
• Microsoft Office proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İnşaat sahəsi üzrə Ali təhsil;
• Yol və Sənaye obyektlərinin tikintisi üzrə rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Texniki xidmət və təmir bölməsinin rəhbəri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər