23 C
Baku
Thursday, April 25, 2024

Çox əsrlik Koreya müdrikliyi

  • İnsanın sənin görüşünə nə ilə gəldiyi deyil, qəlbində nə gətirdiyi önəmlidir.
  • Qadınınız gözəldirsə 3 il ərzində xoşbəxtsiniz. O yaxşı aşpazdırsa 30 il birlikdə olacaqsınız və əgər o ağıllıdırsa 3 nəsil boyu xoşbəxtlik sizinlə birgə olacaq.
  • Dünən – tarix, sabah – öyrənə bilməyəcəyimiz sirr, bu gün isə – hədiyyədir.
  • Bütün kişilər  uşaqdırlar, taki ata olana qədər.
  • Hər hansı bir insanın çatışmayan cəhətinin fərqinə vardıqda xatırla ki, səndə onlardan bir neçə dənədir.
  • Təhsil almağa zamanının olmadığını deyən şəxs, zamanı olduqda belə oxumayacaq.
  • Üç il məşq etdikdən sonra itlər belə şeir deyə bilər.
  • Heç bir xəbərin olmaması özü artıq yaxşı xəbərdir.
  • Bütün səmanı ovuclarınla örtməyə çalışma.
  • Pələng dünyasını dəyişdikdə dərisi, insan dünyasını dəyişdikdə adı qalar.
  • Təbəssüm edən simaya tüpürə bilməzsən.
  • Çıxa bilməyəcəyin ağaca baxmaq mənasızdır.
  • Paltarın yenisi, dostun isə köhnəsi çoxdur.
  • Eyni əqidələrə sahib insanlar ilk görüşdən dost ola bildiyi halda, müxtəlif əqidələrə sahib insanlar min görüşdən sonra belə dost olmayacaqlar.
  • Dənizin suyunun duzlu olub-olmadığını öyrənmək üçün bütün suyu içməyə gərək yoxdur.
  •  Yüz balta zərbəsindən sonra yıxılmayan ağac yoxdur.
  • Hətta ən yaxşı nağılı belə çox dinlədikdə artıq bezdirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər