21 C
Baku
Thursday, April 25, 2024

Çox işləmək hələ yaxşı işləmək mənasına gəlmir

Üç yaşından başlayaraq uşaqların əksəriyyəti stress keçirir, səbəb isə onlardan çox şey tələb edilməsi və gözlənilməsidir. Artıq 3 yaşımız olanda biz heç olmasa bir şeri əzbərdən bir nəfəsə deməliyik, daha sonra məktəbdə bizdən təhsil və idmanda uğur qazanmağı gözləyirlər. Universitet – qırmızı diplom, başqa cür ola da bilməz!

Iş – sən mütləq direktor olacaqsan. Biz öz valideynlərimizin ümidini doğrultmaq, pul qazanmaq, vəzifə sahibi olmaq üçün oxuyur, daha sonra isə işləyirik. Bu yarışmada bizim həyatımız tamamilə işdən ibarət olur. Lakin nədənsə heç də bütün direktor olmaq istəyən insanlar buna nail ola bilmir, ofisdə gecə-gündüz işləmək isə bizə arzuolunan şöhrəti və pulu gətirmir. Artıq “kim səylə çalışırsa, o, ən yaxşı işçidir” aksiomunu alt-üst etməyin vaxtı çatmışdır.

Allah şükür ki, nənə və babalarımızın dövründəki kimi işləməyin sadəcə “müəssisəyə işə getmək” kimi qəbul olunduğu vaxtlar artıq keçib. Düzdü, bəziləri hələ də bu sxem üzrə “işləməyə” davam edirlər.

Çox işləmək keyfiyyətli işləmək mənasına gəlmir

Əlbəttə ki, uğur və nüfuz öz-özünə gəlmir. Bunun üçün həqiqətən də çox işləmək lazımdır, lakin bunu düzgün etmək lazımdır. Siz bütün qoyulan tapşırıqları yerinə yetirə bilərsiniz, həmkarlarınıza işdə kömək edə bilərsiniz, lakin öz professional səviyyənizi artırmaq üçün yeni layihələrə qoşulmaya və ya çətin layihələrə baş qoşmaya bilərsiniz.

Tələbə həddən artıq kitab oxuya və imtahan mövzularını əzbərləyə bilər, lakin bununla yanaşı o oxuduğu heç bir şeyin mahiyyətini başa düşməyə də bilər.

Təkcə işləmək kifayət deyil, ağılla işləmək lazımdır!

Ağır iş sizi öldürə bilər.

“İşləməkdən hələ heç kim ölməyib” fikrini şübhə altına salmaq olar. Stress və həyəcan axırda ürək xəstəliklərinə və təzyiqə səbəb olur. əgər sizin işiniz oturaqdırsa, onda onurğa sütunu ilə problemləriniz olacaq. Kompüter arxasında işdir? Onda onurğa xəstəliklərinin üstünə hələ görmə zəifliyini də əlavə edin. Işiniz çox oturaqdır və nahar vaxtı normal yemək və parkda gəzintiyə vaxtınız yoxdur? Onda problemlər siyahısına mədə və çəki problemlərini də daxil edin!

Sağlamlıqla bağlı problemlərlə yanaşı bütünlükdə ailə, dost və sizi əhatə edən insanlarla da münasibətlər gərginləşməyə başlayır, hətta intihar fikirləri də formalaşa bilər.

Fikirləşin, bu sizə lazımdır?

İşi necə perspektivdə saxlamaq olar?

Siz öz işinizi çox sevə bilərsiniz, bundan əlavə o yaxşı gəlir də gətirə bilər, amma… Lakin “iş ≠ həyat”. Papağınız qoyun qabağınıza və fikirləşin. Sizin ətrafınızda hələ sınamadığınız o qədər maraqlı və çox gözəl şeylər var. Bəli, siz perspektiv – gərgin işin ardınca gələn “qızıl illər” barədə fikirləşə bilərsiniz. Gəlin bu haqda fikirləşək:

1. Gərgin iş müddəti nə qədər çəkəcək – bir, iki, bəlkə on il?

2. Axır ki, nə vaxt öz bonuslarınızı əldə edəcəksiniz, sizin gücünüz və sağlamlığınız yığdığınız sərvətin dadın çıxarmağa imkan verəcəkmi?Fikirləşirəm ki, 50 yaşında vindserfinqlə məşğul olmaq o qədər də cəlb edici olmayacaq. 20-30 və 50 yaşında səyahət etmək arasında çox böyük fərq var.

3. Bu tempdə işləməklə, siz öz məqsədinizə çata biləcəksinizmi? Indi infarkt hallarına 30 yaşında da rast gəlmək mümkündür.

Yaxşısı budur, öz ailəniz, uşaqlarınız haqqında fikirləşin, çünki uşaqlarınız üçün oyuncaqdan daha çox sizin qayğınız lazımdır. Sizin ətrafınızda qaynayan həyat barəsində düşünün. Ifratçılığa varmaq lazım deyil, sadəcə olaraq bu, həyat barəsində fikirləşmək üçün əla imkandır və heç olmasa onu daha yaxşılaşdırmaq lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər