18 C
Baku
Thursday, April 25, 2024

“Cybernet” Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin proqram təminatını hazırlayacaq

Azərbaycanın informasiya texnologiyaları şirkəti olan “Cybernet”  Maliyyə Bazarlarına Nəzarət Palatasınınelan etdiyi “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılmasının proqram təminatının hazırlanması üzrə tenderin qalibi olub.

Bu barədə Banker.az-a qalib şirkət özü məlumat verib.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrikiçik və orta sahibkarlara daşınar əmlaklarını girov təminatı kimi göstərərək banklardan kredit almaq imkanı yaradır. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyü bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, onlar üzərində hüquqların məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.

Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb edilməsini stimullaşdıracaq.Bu da nəticədə maliyyəyə əlçatanlıqimkanlarını genişləndirəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər