“Dəmir Bank”dan “Bank Respublika”ya transfer olub – TƏYİNAT

Linkedin səhifəsindən

“Bank Respublika” ASC-nin İnsan Resursları Departamentinə yeni direktor təyinat olub.

Banker.az bu barədə Bankın saytındakı dəyişikliyə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan vəzifəyə İlkin Zeynallı təyin olunub. Təyin olunmuş şəxs bundan öncə lisenziyası ləğv edilmiş “Dəmir Bank”ın İnsan Resursları Departamentdə direktor vəzifəsində çalışmışdır.

Xatırladaq ki, bundan öncə bu vəzifəni Alina Ağarzayeva icra edirdi.

📝 RƏY BİLDİR