DəmirBank plastik kartları indi daha sərfəlidir

Daim öz müştərilərini düşünən DəmirBank plastik kart tariflərini aşağı saldı. Belə ki, DəmirBank plastik kartları ilə Bank-ın ATM-lərindən nağdlaşdırma komissiyası 1%-dən 0.5%-ə endirilib. Müştərilər istənilən zaman kartdan vəsaiti nağd şəklində çıxara, eyni zamanda Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində heç bir komissiya tutulmadan nağdsız ödənişlərini həyata keçirə bilər.

DəmirBank kartlarını online ödənişlər zamanı da komissiyasız istifadə etmək mümkündür. Bu zaman dələduzluq hallarının qarşınısı almaq məqsədilə bütün DəmirBank plastik kartları avtomatik olaraq 3D Secure xidmətin qoşulub.

Qeyd edək ki, DəmirBank-ın plastik kartlarının üstünlük və xidmətlərindən yararlanmaq isətəyən müştərilər tək şəxsiyyət vəsiqəsi ilə Bank-ın istənilən filialına müraciət edərək plastik kart sifariş edə bilərlər. Online sifariş üçün bir neçə kanaldan istifadə edə bilərsiniz:

  • http://demirbank.az/ saytı
  • Bank-ın rəsmi facebook və instagram səhifələri
  • 149 Müştəri xidmətləri
  • info@demirbank.az ünvanı
  • DəmirBank-ın yeni Whatsapp hesabına da yazaraq sual və sifarişlərinizi verə bilərsiniz: +99450 2252 149

28 illik tarixə malik DəmirBank-ın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları daxildir.

 

📝 RƏY BİLDİR