13 C
Baku
Saturday, April 27, 2024

Dəlisov iş müsahibələri: Yer silkələnməsi

Bu hadisə 1980-ci illərin ortalarında baş verib, mən Silikon vadinin yeni yaranan kompaniyalarından birində intervüdən keçirdim. Mən artıq bir neçə mərhələni uğurla geridə qoymuşdum, sonda məni kompaniyanın təsisçisi olan israilli bir iş adamı ilə canlı müsahibə gözləyirdi.  Adam əvvəllər hərbçi olmuşdu.

Söhbət zamanı birdən-birə zəlzələ başlayır və sözün əsl mənasında güclü zəlzələ olur. Oturduğum yerdən çıxışa doğru dəhliz boyu qaçan insanları çox yaxşı görə bilirdim. Amma mənim müsahibimin heç qaşları da tərpənmirdi və o, söhbəti davam edirdi. Bina isə getdikcə daha güclü silkələnirdi.  Dolabların rəflərindən əşyalar yerə tökülməyə başlamışdı. Amma biz danışmağa davam edirdik, o vaxtda qədər ki, binada bizdən başqa heç kəs qalmamışdı. Ofisdə olan yeganə adamlar biz idik: Mən qərar verdim ki, əgər o, buna tab gətirə bilərsə, demək ki, mən də bacararam. Yarım saatdan sonra insanlar qayıtmağa başladı. Yalnız bütün əməkdaşlar yerini tutandan sonra biz müsahibəni bitirdik. Direktor təmkinli şəkildə mənim əlimi sıxdı və müsahibəyə görə mənə təşəkkür etdi və bildirdi ki, bir neçə gün ərzində mənimlə əlaqə saxlayıb qərarını bildirəcəklər.  Bir neçə gün sonra mənə zəng edib, iş təklif etdilər. Həmin anda düşünürdüm ki, əgər belə bir zəlzələyə tab  gətirmişəmsə bu işə tam layiqəm.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər