25 C
Baku
Saturday, April 20, 2024

“Dəmir İnvestisiya Şirkəti” kapitalını artırır

“Dəmirbank” ASC təsis etdiyi “Dəmir İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalını artırmağa qərar verib. Bu barədə açıqlamasında Şirkətin direktoru Vaqif Əfəndiyev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı qərar Bankın səhmdarlarının iyunun 25-də keçirilmiş ənənəvi illik yığıncağında qəbul edilib. Qərara əsasən, “Dəmir İnvestisiya Şirkəti”nin kapitalı 170 min manat artırılaraq 400 min manata çatdırılacaq.

Kapital artımı əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək. V.Əfəndiyev qeyd edib ki, rəhbərlik etdiyi şirkətin 1 səhminin nominal dəyəri 10 min manatdır. Buna görə də, dövriyyəyə əlavə 17 səhm buraxılacaq və bu səhmləri “Dəmirbank”ın özü alacaq.

Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması “Dəmir İnverstisiya Şirkəti”nə fond bazarında təkcə yardımçı investisiya xidmətləri (vasitəçilik və s.) deyil, həm də əsas investisiya xidmətləri (market-meyker, foreks və s.) göstərməyə imkan verəcək.

Xatırladaq ki, ötən ilin sonlarına yaxın təsdiq olunmuş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”a əsasən, investisiya şirkətləri yardımçı xidmətlər üçün minimum 75 min manat, əsas xidmətlər üçün isə minimum 300 min manat nizamnamə kapitalına malik olmalıdır.

Report

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər