14 C
Baku
Saturday, April 27, 2024

“Dəmir yolları bankrot ola bilər”

Sədr ƏDV-nin çox olmasından şikayətlənib.

“Bizim dəmir yolları üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur”. Məlumatına görə, bu sözləri  Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Dəmir Yolları sosial səbəblərdən sərnişin  biletlərinin qiymətini artırmaq istəmirik. Amma dəmir yolları üçün gətirinən məhsullar bizdə yoxdur. Ona görə də gömrük rüsumları 18 %-lik ƏDV dəmir yolunu bankrota gətirib çıxara bilər”,-deyə Cavid Qurbanov bildirib.

C. Qurbanov bildirib ki, ucdantutma hər şeyə 18 faizlik Əlavə Dəyər Vergisinin(ƏDV) tətbiq etmək düzgün deyil: “Düzdür, elə məhsullar var ki, 25-30 faiz ƏDV tətbiq oluna bilər. Amma elə məhsullar var ki, bu problem yaradır”,-deyə millət vəkili bildirib.

Cavid Qurbanov-“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanov-“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri

Ötən ilin dekabrında baş verən devalvasiya  “Azərbaycan Dəmir Yolları” QSC-nin  bilet qiymətlərinə təsir edib.  Qiymət  artımı yalnız beynəlxalq daşımalara aid edilir.

Həmin vaxt “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəriNadir Əzməmmədov bildirimişdi ki, ölkə daxilində biletləri manatla satılır. “Amma beynəlxalq sərnişindaşımada ödənişləri İsveçrə frankı ilə həyata keçiririk. Dolların da kursu qalxdığı üçün kursa uyğun satış həyata keçiriləcək. Valyutanın kursu dəyişdiyi üçün biletin konkret qiymətini demək çətindir”,-deyə o, bildirib.

Nadir Əzməmmədov - Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri
Nadir Əzməmmədov – Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri

ANS PRESS

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər