16 C
Baku
Thursday, April 25, 2024

DəmirBank 3D Secure xidmətini təqdim edir

DəmirBank İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə plastik kart istifadəçilərinə yeni 3D Secure xidmətini təqdim edib. Bu xidmət həm VISA, həm də MasterCard plastik kartlarına şamil olunur.

DəmirBank-ın plastik kart sahibləri MilliKartın internet saytında (http://millikart.az/index.php?option=com_content&view=article&id=87&Itemid=424&lang=aze) plastik kartın tələb olunan göstəricilərini (16 rəqəmli şifrə və etibarlıq müddəti) qeyd etməklə, qeydiyyatdan keçməlidirlər. 3D Secure şifrəsi müştəriyə SMS vasitəsilə göndərilir.

DəmirBank plastik kartlar üzrə bir sıra kampaniyalar və proqramlar təqdim edir – “5 manata kart”, “Pulsuz kart”, “Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər