16 C
Baku
Thursday, March 28, 2024

DəmirBank –dan plastik kart sahiblərinə yenilik

DəmirBank bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib. Müştəri bankomatda və POS terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir.

Bu imkan bütün kartlara (virtual kartlar istisna) şamil olunub. Tətbiq edilən yenilik plastik kartlar sahəsində müştəri xidməti keyfiyyətinin artırılmasına xidmət edir, belə ki kartın aktivləşdirilməsi artıq avtomatik qaydada həyata keçirilir.

DəmirBank bankomatları vasitəsilə müştərilərdən həm də kredit ödənişlərini qəbul edir.

Bunun üçün bankomatın mövcud “Xidmətlər” bölməsində, “Kredit ödənişləri”ni seçmək, sonra isə hesab nömrəsini, mobil telefon nömrəsini və ödəniləcək məbləği daxil etmək lazımdır. Ödənişləri həm DəmirBank-ın, həm də digər bankların plastik kartları ilə həyata keçirmək olar. Kredit ödəyərkən müştəridən heç bir komissiya haqqı tutulmur.

Son xəbərlər
Digər xəbərlər