22 C
Baku
Friday, April 19, 2024

Dəmirbankın rəhbərliyində dəyişiklik olub

“Dəmirbank” ASC-nin İdarə Heyətinin (İH) üzvü işdən çıxıb. Agentlik xəbər verir ki, söhbət Azər Hümbətovdan gedir.

A.Hümbətov 2009-2013-cü illərdə “Dəmirbank”ın Kredit Departamentinin direktoru, 2013-cü ildən indiyədək isə İH-nin üzvü olub.

Hazırda Bankın İH-nə Fərid Abuşov rəhbərlik edir. Onun müavini isə Orxan Vahabovdur.

“Dəmirbank”ın İH-nə həmçinin üç baş direktor – Mərdan Şıxəliyev, Oqtay Əliyev və Samirə Şirəliyeva daxildir.

Report

Son xəbərlər
Digər xəbərlər