16 C
Baku
Thursday, April 18, 2024

“Dənizdə unudulmuşlar”

Tomas Lonerqan və Aylin Haynes Lonerqan ABŞ-dan olan evli cütlük idi. Onlar 25 yanvar 1998-ci ildə Avstraliyada Böyük Baryer rifində itkin düşürlər. Onların cəsədləri hələ də tapılmamışdı. Onlar itkin düşən vaxt Tomun 33, Aylinin isə 28 yaşı var idi. 

Tom və Aylin Luiziana ştatının universitetində tanış olub ailə qurmuşdular. Aylin burada sualtı üzgüçülük ilə məşğul olurdu.

a05d3de4d002

25 yanvar 1998-ci ildə cütlük “Outer Edge” adlı yerli kater ilə Böyük Baryer rifinə yollanmağı qərara alırlar. 5 nəfərdən ibarət komanda 160 avstraliya dolları qarşılığında rif ətrafında suya dalmanı təşkil etdilər. Onların suya baş vuracaqları yer sahildən 40 mil aralıda yerləşirdi. “Outer Edge” komandasının üzvü Karl Yesienovskinin sözlərinə görə Lonerqan cütlüyü təlimatçının köməyindən imtina etmişdilər. Belə ki, cütlük bu günə qədər 160 dəfə sualtı üzgüçülüklə məşğul olmuşdular və buna görə də sərbəst şəkildə üzməyə üstünlük verdilər. Təqribən saat 3 radələrində Tom və Aylin üçüncü dəfə 12 metr dərinliyə baş vurdular. Komandanın bir üzvünün dediklərinə görə, bu üçüncü dəfə ki, baş vurmadan sonra katerdəki insanları saymağa başlayırlar. Bu zaman onlar səhvən katerdəki digər bir evli cütlüyü iki dəfə sayırlar. Katerdəkilər hər kəsin yerində olduğunu zənn edərək sahilə dönürlər.

48d75e378269

27 yanvar, yəni hadisədən 48 saat keçdikdən sonra komanda təsadüfən katerdə bir çanta aşkar edir və tapılan sənədlərə əsasən çanta Lonerqanlara məxsus idi. Komanda polisə müraciət edir və polis onların qaldığı otelə müraciət edir. Onların otağı boş idi. Yalnız bu zaman aydın olur ki, kater onları rifdə unudub.

d168e9c6edb2 Növbəti gün onların axtarışına 17 təyyarə, 2 vertolyot və bir neçə özəl qayıq cəlb olunur. Növbəti günlərdə polis axtarış məsafəsini genişləndirir, çünki su onları uzağa apara bilərdi. 5 fevralda timsah sahilində Tom Lonerqana məxsus kompensator tapılır. Lakin onun üzərində nə timsah, nə də köpək balığı dişlərinin izi olmadığı üçün axtarışlar davam etdirildi. Bundan bir neçə gün sonra isə Aylin Lonerqanın hidro-kostyumunun bəzi hissələri tapılır. Lakin bütün bu tapıntıların üzərində heç bir zədə əlaməti yox idi.

14 fevral 1998-ci ildə axtarışlar dayandırılır.

017aa4613400

Lonerqanların nə qədər müddət sağ qaldıqları 6 ay sonra bəlli olur. Balıqçılar Rifdən 100 mil şimalda Tom Lonerqana məxsus dalğıv löhvəsini aşkar edirlər. Dalğıclar bu lövhə vasitəsilə suyun altında ünsiyyət qururlar. Lövhənin üzərində cızma-qara ilə yazılmışdı:
« [Mo]nday Jan 26; 1998 08am. To anyone [who] can help us: We have been abandoned on A[gin]court Reef by MV Outer Edge 25 Jan 98 3pm. Please help us [come] to rescue us before we die. Help!!!

Bazar ertəsi, 26 yanvar; 1998 8:00. Bizə kömək edə biləcək hər kəsə: biz 25 yanvar, 1998-ci il, saat 15:00-da «MV Outer Edge» kateri ilə Rifdə unudulmuşuq. Xahiş edirik, bizi xilas edin, ölməmişdən öncə bizə kömək göndərin. Yardım edin!!!

246c44a357ee

10 oktyabr 1998-ci ildə Koroner Noel Nunen rəsmi olaraq bildirir ki, Lonerqanlar köpək balıqları tərəfindən öldürülməsələr belə, isti tropik günəşi onları halsız vəziyyətə salacaq və bu şəkildə həlak olacaqdılar. Onun fikrinə əsasən, ölüm tarixi 26 yanvar və 8 fevral arasına təsadüf edirdi.

3 mart 2006-cı ildə yerli sakin Cimmi Felan Alva Biç-də yerləşən Milli parkda gəzərkən sahildə üzərində “Lonergan” imzası olan dağlıc üzgəcləri aşkar edir. O tapıntını polisə gətirir, lakin bu zaman onun məhz həmin Lonerqana məxsus olduğu faktı təsdiqlənmir.

b51243cee72f Lonerqanların itkin düşməsi barədə 2004-cü ildə “Açıq dəniz” adlı film çəkilir. Filmdə cütlüyün açıq dənizdə hansı çətinliklərlə üzləşdiyi və faciəli son təsvir edilib.

Son xəbərlər
Digər xəbərlər