Daha bir mobil bank 1 milyonuncu istifadəçi bazasına çatacaq

Məşhur İngilis mobil bankı Monzo növbəti bir neçə ay ərzində 1 milyon istifadəçiyə çata bilər. 336  milyon dollar dəyərində olan bankın hal-hazırda  750 min istifadəçisi var. Monzo öz  müştərilərini  həvəsləndirir ki, dostlarını banka dəvət etsinlər (məsələn, restoranda hesabı ödəyərək).

Monzo, müştərilərin maaş aldıqları və borclarını ödəyən əsas bank olaraq görmünməyə çalışır. Hazırda, Monzo-nun direktoru Tom Blomfieldin  məlumatına  görə maaşı 1400 funt olan hər beşinci istifadəçi  maaşını banka keçirir.

Blomfild hesab edir ki, Monzo 2017 –ci ilin sentyabrında bir hesab üzrə xərcləri 65 funtdan, 2018 –ci ilin iyununda 15 funta qədər azaltmağı bir uğur kimi qiymətləndirilə bilər.

Baş direktorun fikrincə, Monzo sentyabr və ya oktyabr aylarında  istifadəçilərinin sayını bir milyona  çatdıracaq və müştərilərə üçüncü tərəfin məhsullarını və xidmətlərini təqdim etmək üçün komissiya haqqı alaraq, pul qazanmağa başlayacaq.