Daha bir ölkə kriptovalyutanı qadağan etdiyini elan etdi

Banker.az xəbər verir ki, Vyetnam Mərkəzi bankı ödəniş üçün kriptovalyuta qəbulunu qadağan edən virtual valyutadan istifadə qaydaları haqqında bəyanatla çıxış edib.

Qadağa 2018-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək. Sözügedən bu qərara riayət etməyənləri 9 min dollar cərimə gözləyəcək.

Vyetnam Mərkəzi bankının nəşr etdiyi sənəddə icazə verilən ödəniş mexanizmləri sıralanıb və bunlara çeklər, ödəniş tapşırıqları və bank kartları (kredit və debet) aiddir. Kriptovalyutalar bunların sırasına daxil deyil və qeyri-qanuni ödəniş aləti hesab olunur.

Lakin sənəddə kriptovalyuta mayninqi haqqında heç bir məlumat qeyd olunmur və buna görə də, güman edilir ki, qadağa rəqəmsal valyuta alışı və mübadiləsinə şamil olunmayacaq.