15 C
Baku
Wednesday, April 24, 2024

Dahisiz 5 il: Steve Jobsun TOP-10 məşhur sitatı

Dahi amerikalı sahibkar, IT-sənayesində inqilablara imza atmış Steve Jobsun dünyasını dəyişməsindən 5 il keçir. Steve Jobs 5 oktyabr 2011-ci ildə Kaliforniyada 56 yaşında olarkən xərçəng xəstəliyindən vəfat edir. Lakin onun yaratmış olduğu Apple şirkəti bu gün də dünya üzrə sonsuz sayda insanın rəğbətini qazanmağa davam edir.

Steve Jobs – dövrümüzün dahisi idi. O yalnızca yenilikçi ideyaları ilə deyil, həyata və biznesin idarə edilməsinə fəlsəfi yanaşması ilə də məşhurdur.

Banker.az bu dahi şəxsin texnologiya, sevimli iş və insanlara münasibət ilə bağlı ən məşhur sitatlarını toplayıb.

1.12 saat yox, başla işləmək lazımdır.

2.Özünə və digər insanlara qarşı dürüst ol, hər şeyi zamanında et, heç vaxt təslim olma, öz məqsədinə doğru get, hətta heç nə yolunda olmasa belə.

3.Uğurlu sahibkarları bəxtu gətirməyənlərdən fərqləndirən cəhətin yarısı – inadkarlıqdır.

4.Mən bir əməkdaşı işdən qova və daha sonradan zəng edərək işlə bağlı bəzi şeyləri, bəzi layihələri müzakirə edə və yaxud onu yenidən işə götürə bilərəm. Keçmiş məni maraqlandırmır, vacib olan indidir.

5.Məqsədlərin olması həyata məna və məmnunluq qatır. Bu nəinki sağmalığın yaxşılaşmasına və uzun ömürlülüyə səbəb olur, həmçinin ən çətin anda məsələyə bir damcı optimizm əlavə edir.

6.Məhv olmağa doğru gedən sənaye ilə məşğulsunuzsa işinizi itirmədən cəld bir şəkildə ondan uzaqlaşın.

7.Qaldıra bilmədiyimiz kompüterə etibar etmirəm.

8.Sokratla bir gün keçirmək üçün sahib olduğum bütün texnologiyalarımı verərdim.

9.Mən o nadir insanlardanam ki, bir ildə milyard dolların dörddə birini itirməyin nə olduğunu bilirəm. Bu şəxsiyyəti çox yaxşı şəkildə formalaşdırır.

10.Steve Jobs Apple brendini yaradarkən işlədiyi komandaya demişdi: “Saat 5-ə qədər mənə daha yaxşı variant təklif etməsəniz şirkəti “Alma” adlandıracam”.

Və sonda Steve Jobs xərçəng xəstəliyindən tamamilə gücsüz hala düşdükdə belə desək bəşəriyyətə son sitatını səsləndirmişdi. Bu sitat isə belə idi: “Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hislərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın!”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər