Daşınmaz əmlak alarkən vətəndaşlıq verən ölkələr

Santorini adasından çəkilmiş foto, Egey dənizi, Yunanıstan.

Xaricdə daşınmaz əmlak almaq yalnızca gəlirli investisiya vasitəsi deyil, həmçinin xarici ölkədə vətəndaşlıq və yaxud müvəqqəti yaşam izni qazanmaq üçün əla imkandır.

Banker.az bu yazıda daşınmaz əmlak alarkən vətəndaşlıq və yaxud müvəqqəti yaşayış icazə verən ölkələri təqdim edir.

İnvestorun tələbinə uyğun gələn ölkəni seçmək üçün əldə olunacaq daşınmaz əmlak nümunəsi üçün lazımi tələbləri və vətəndaşlıq, yaxud sakin statusunun alınması üçün özəllikləri bilmək lazımdır.

Beləliklə, daşınmaz əmlak alarkən müvəqqəti yaşam izni və vətəndaşlıq verən ölkələr:

  1. Şimali Kipr

Image result for north cyprus

Şimali Kiprdə daşınmaz əmlak əldə edilməsinin bir sıra müzakirə olunmayacaq üstünlükləri var:

  • Qiymətlər digər Aralıq dənizi kurortlarında olduğundan 2-2,5 dəfə aşağıdır;
  • Şimali Kiprdə illik 7-9%-lə daşınmaz əmlak üçün kredit əldə etmək mümkündür;
  • Daşınmaz əmlak obyektlərinin stabil qiymət artımı;
  • Vətəndaşlıq almaq üçün sadələşdirilmiş prosedur.

Daşınmaz əmlak nümunəsi sahibi ilk bir neçə il ərzində viza ilə təmin edilir. Daha sonradan isə bu yaşayış icazəsi ilə əvəz edilir. Orta hədlə 7 ildən sonra vətəndaş statusu almaq üçün müraciət etmək olar. Şimali Kipr hökuməti bu cür müraciətləri nəzərə almaq prosesinə kifayət qədər sadiqdirlər.

  1. İspaniya

Image result for spain

İspaniya hökuməti ölkə ərazisində 500 min avrodan başlayan məbləğə daşınmaz əmlak nümunəsi aldıqda yaşayış icazəsi verməyə hazırdır.

İspaniyada daşınmaz əmlak almaq aşağıdakı səbəblərə görə maraqlıdır:

  • İspaniyanın müvəqqəti yaşayış icazəsi ilə 2 il ərzində Avrozonaya səyahət etmək, daha sonra isə müddətini artırmaq mümkündür;
  • İnkişaf etmiş ölkə iqtisadiyyatı ümumi həyat səviyyəsinə müsbət təsir edir;
  • Mükəmməl iqlim;
  • Təzə meyvə və tərəvəz bolluğu;
  • Zəngin mədəni və tarixi irs.

Bir faktı qeyd edək ki, bu ölkədə yaşayış izni almaq üçün yalnız bir 500 min avro dəyərində obyekt almaq mütləq deyil. Belə ki, qeyd edilən məbləğə bir neçə daşınmaz əmlak nümunəsinin alışı yolveriləndir.

  1. Böyük Britaniya

Related image

Dövlət ölkə vətəndaşı olmaq məqsədi ilə daşınmaz əmlak əldə etmək istəyən investorlara qarşı ciddi tələblər irəli sürür. Belə ki, Böyük Britaniyanın dövlət istiqrazlarına minimum 750 min funt sterlinq yatırmaq və 250 min funt dəyərində özəl, yaxud kommersiya mülkü əldə etmək lazımdır.

Daşınmaz əmlak sahibi və onun ailə üzvləri 5 ildən sonra Britaniya pasportlarının verilməsinə ümid edə bilərlər.

Böyük Britaniyanın təqdim etmiş olduğu yaşayış icazəsi Avropa üzrə vizasız səyahətə icazə vermir. Lakin yalnızca Lixtenşteyn və İsveçrəyə məhdudiyyətsiz səfər etmək mümkündür.

4.Yunanıstan

Related image

Yunanıstan ərazisində daşınmaz əmlak almaqla 5 il müddətinə verilən yaşayış icazəsindən yararlanmaq olar.

Yunanıstanda mülkə sahib olmağın üstün cəhəti ondan ibarətdir ki, bu ölkənin təqdim etdiyi yaşayış üçün icazə yalnız investorun özünə deyil, həyat yoldaşı və uşaqlarına da bütün Şengen ölkələri üzrə sərbəst şəkildə səyahət etmək hüququ verir.

Əsas çatışmayan cəhət isə dövlət pasportunun verilməsi zamanı Yunanıstanda keçirilmiş zaman kəsiyi nəzərə alınmır. Müvəqqəti yaşayış icazəsi isə ölkə ərazisində işə düzəlməyə icazə vermir.

  1. Türkiyə

Image result for istanbul

Türkiyədə yaşayış icazəsi almaq üçün daşınmaz əmlak alınmasının üstün cəhəti ondan ibarətdir ki, istənilən məbləğə mülk əldə etmək olar. İlk olaraq, yaşayış icazəsi 6 aylıq təklif olunur, daha sonradan bu müddəti 2 ilə qədər uzatmaq mümkündür.

Türkiyədə müvəqqəti yaşayış icazəsi ilə 5 il yaşadıqdan sonra ümumi şərtlərlə ölkə vətəndaşlığını almaq üçün müraciət etmək mümkündür.

Qeyd edək ki, Türkiyənin verdiyi müvəqqəti yaşayış icazəsi Avropa üzrə vizasız rejimdə səyahət etməyə imkan vermir. Belə ki, ölkə Şengen zonasının bir hissəsi deyil.

Daşınmaz əmlak aldıqda vətəndaşlıq və yaxud yaşayış icazəsi verən ölkələrin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, ən yaxşı variant Şimali Kipr və İspaniyadır. Bu ölkələr vətəndaş statusu almaq üçün nəinki sadiq şərtlər təklif edir, həmçinin təminatlı həyat səviyyəsi üçün sosial və iqtisadi tələblərə cavab verir.