Daşınmaz əmlakın icbari sığortasına maraq kəskin azalıb

2017-ci ilin sentyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 11,461 min sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 mln. 488,303 min manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 9463-ü yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1983-ü isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 37% azalma, sığorta haqlarının məbləğində isə 112% artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanmış müqavilələrin sayı 136, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 10 590 manat təşkil edib.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 51 sığorta müqaviləsi bağlanıb, sığorta haqlarının həcmi 13,859 min manat olub.

 

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.