25 C
Baku
Saturday, April 20, 2024

Daşınmaz əmlak ilə bağlı maraqlı fakt

122 yaşına qədər yaşamış rekordçu-xanım öz uzunömürlülüyünün sirrini nə ilə izah edir?

1965-ci ildə 90 yaşlı fransız qadın Janna Kalman öz mənzilini 47 yaşlı vəkilə əks girov prinsipi ilə satır – hüquqşünas evin sahibəsi vəfat edənə qədər əmlaka görə aylıq ödənişlər etməyi öz boynuna götürür, aylıq ödənişin məbləği isə mənzilin 10 il ərzində tam dəyərinin ödənilməsini nəzərdə tutan qrafik əsasında çıxarılır. Nəticədə isə Kalman 30 il ərzində hüquqşünasdan pul alır, hətta ondan iki il daha çox yaşayır, son iki il ərzində isə rentanı vəkilin dul xanımı ödəyir. 122 yaşında vəfat edən Kalman həmin dövr üçün rəsmi şəkildə uzunömürlülük rekordunu müəyyən edir.

Maraqlısı isə odur ki, Kalmanı heç zaman sağlam həyat tərzi sürməyib, hətta o siqaret çəkməyi belə ölümündən cəmi 5 il əvvəl tərgidib. Onun uzun ömür sürməsi ilə böyük miqdarda zeytun yağından, şokoladdan və portveyndən (şirin şərab növü) istifadə etməsi ilə izah olunur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər