13 C
Baku
Friday, March 29, 2024

Daşınmaz əmlak satışından verginin Exceldə hesablanması

Hamımıza məlumdur ki, 1 yanvar 2016-cı il tarixdən etibarən, Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirən şəxslər notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunur. Yəni, bundan sonra satılacaq hər bir daşınmaz əmlaka görə sadələşdirilmiş vergi ödəmə məcburiyyəti vardır.

Bu verginin Exceldə avtomatik necə hesablanacağını isə, bu yazımızda müzakirə edəcəyik.

Bunun üçün, hazır cədvəl və hesablamalar olan faylımızı endirək – Daşınmaz əmlak satışından vergi

Gördüyümüz kimi, faylda cəmi 2 cədvəl var. Sağdakı cədvəldə zonalar üzrə məlumatlar, sağdakı cədvəldə isə, hesablamalarımız yer alır.

1

Bakı şəhəri üzrə daşınmaz əmlakınızın hansı zonaya aid olduğunu öyrənmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarına baxmanız kifayətdir.

Əsas işimizə yarayan sol cədvəldə isə, sadəcə sarı ilə seçilmiş olan sahələr, yəni – daşınmaz əmlakınızın Yaşayış vəya Qeyri-yaşayış sahəsi olması, sahəsi və əmlakınızın zonasını seçməyimiz kifayət edəcəkdir. Vergimiz avtomatik hesablanmış olacaqdır.

2

Rahatlıq baxımında Zonalar və Yaşayış / Qeyri-yaşayış sahələrini Dropdown siyahı olaraq daxil etmişəm (Daha ətraflı – Xanaya dropdown siyahının əlavə edilməsi).

Bu 3 komponenti düzgün daxil etdikdən sonra, vergimiz avtomatik hesablanacaqdır. Məsələn, Bakı şəhəri 5-ci zonada yerləşən 150 m2 sahəsi olan qeyri-yaşayış əmlakımızı satsaq, 6,075 AZN sadələşdirilmiş vergi ödəməli olacağıq.

3

Mənbə: excelchin.wordpress.com

Son xəbərlər
Digər xəbərlər