14 C
Baku
Thursday, March 28, 2024

Daşınmaz əmlaka investisiyadan necə qazanmaq olar

Daşınmaz əmlaka edilən yatırımlar, investorun cibindən pulun həcmindən asılı olmayaraq, əlavə gəlirin əldə edilməsinin mümkün üsullarından biridir. Daşınmaz əmlak kommersiya məqsədli obyektlərə (ticarət mərkəzi, ofis binaları, sənaye obyektləri, anbar kompleksləri, idman və məişət tikililəri), yaşayış binalarına (mənzilləri, kotteclər, bağlar və fərdi yaşayış evləri) və sayar daşınmaz əmlaklara (yığılıb-sökülə bilən, karkas evlər) bölünür. 

Hökumət icarə və ya satış zamanı gəlir əldə edilməsini nəzərdə tutan və bu məqsədlə tikilmiş bütün obyektləri kommersiya daşınmaz əmlakına aid edilir, ona görə də belə bir mülkiyyət qeyri yaşayış fondu kimi qeydiyyata alınmalıdır. Obyektin yaşayış fondundan, qeyri-yaşayış fonduna keçirilməsi o qədər də az vaxt almır, çünki bu zaman çoxsaylı institutların razılığı tələb olunur. Amma buna baxmayaraq, yaşayış xarakterli daşınmaz əmlaka investisiya etməyin də faydalı tərəfləri vardır

1. YENI TIKILƏN BINALARDA MƏNZIL ALMAQ

Hal-hazırda bu növ investisiyasının üç variantı mövcuddur: bina tikən şirkətin obliqasiyalarını almaq (bina tikiləndən sonra yaşayış məkanı ilə dəyişmək), binanın maliyyələşdirilməsinə paylı ödənişlər etmək (ucaldılan binalar tikintini aparan şirkət tərəfindən yığılmış vəsait hesabına tikilir), girov kağızlarının alınması (tikinti şirkətinin qiymətli kağızları, yaşayış evinin dəyərinə ekvivalent)..

2. MƏNZILIN IKINCI ƏL BAZARINDAN (TƏKRAR BAZARDAN) ALQISI

Bu seqment mənzilinin sonradan kirayə verilməsi və ya mənzilin bahalaşdıqdan sonra satılması məqsədi ilə aldıqda maraqlıdır, bu zaman daşınmaz əmlak bazarında qiymətlərin artım dinamikasını nəzərə almaq lazımdır, hal-hazırda bu dinamika zəifdir, həmçinin siz həmin evlə bağlı kommunal xərcləri ödəməlisiniz. Evin kirayə verilməsi məqsədi alınması zamanı kiçik həcmli evlər daha uyğun gəlir (1-2 otaqlı mənzillər):

3. XARICDƏ DAŞINMAZ ƏMLAK ALMAQ

Adətən belə obyektlər də sonradan kirayə verilmək məqsədi ilə alınır. Xaricdə daşınmaz əmlaka, o cümlədən yaşayış evlərinə investisiya etməyin müxtəlif üsulları vardır, istər ilkin bazar olsun, istər də təkrar. Yaşayış mənzilini almazdan öncə rəsmiləşdirmə ilə bağlı bütün nüansları dəqiqləşdirmək və təcrübəli rieltori ilə məsləhətləşmək lazımdır.

4. TORPAQ SAHƏSININ ALINMASI

Torpaq sahələri fərdi yaşayış evinin tikinti üçün və yaxud hazır ev ilə birlikdə əldə edilir. Son illərdə şəhərətrafı mülkiyyət böyük meqapolis və sənaye şəhərlərinin sakinlərini maraqlandırır. Torpaq sahəsinin əldə edilməsi variantları daşınmaz əmlakların ilkin bazardan alınması ilə oxşardır.

Son xəbərlər
Digər xəbərlər