18 C
Baku
Tuesday, April 23, 2024

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edildi

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5.1-3-cü maddə əlavə edilsin:

“5.1-3. İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.”.

2. 9.2-ci maddədə “20 gündən gec olmayaraq” sözləri “10 iş günü müddətində” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.”.

3. 14.2-ci maddənin ikinci cümləsində “10” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

4. 20.3-cü maddədə “5” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2016-cı il.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər