16 C
Baku
Thursday, March 28, 2024

Davosda növbəti iqtisadi böhranın vaxtı ilə bağlı müzakirələr aparılıb

Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda “Növbəti böhran nə zaman olacaq?” mövzusunda sessiya keçirilib.

Rusiya mətbuatına istinadən, sessiyada dünyanın aparıcı banklarının və investisiya fondlarının məsul əməkdaşlarını açıqlamalar verib və proqnozlar səsləndirib.

“Carlyle Group” birbaşa investisiyalar fondunun həmtəsisçisi Devid Rubinşteyn deyib ki, qlobal iqtisadiyyatda vəziyyət yaxşıdır: “Amma, pul-kredit siyasəti sanki böhranda olduğumuzu əks etdirir. Əgər mərkəzi banklar uçot dərəcələrini artırmağa başlasalar, kredit götürənlərin çoxu pis vəziyyətdə qalaraq, borclarını qapatmaq iqtidarında olmaya bilərlər”.

“Uçot dərəcələrinin sürətlə artırılması aşağı iqtisadi artım tempi və böyük məbləğdə borcu olan İtaliya və Yaponiya kimi ölkələr üçün maliyyə problemləri yarada bilər”, -deyə Harvard universitetinin iqtisadiyyat üzrə professoru Kennet Roqof (Kenneth Rogoff) bildirib.

Qeyd edək ki, BMT-nin ticarət və inkişaf üzrə konfransı – UNCTAD-ın hesabatında qeyd olunub ki, əvvəlki resessiyalardan sonra bərpa prosesi daha aktiv olub. Bu dəfə isə iqtisadi artıma baxmayaraq birbaşa investisiyalar 2017-ci ildə illik müqayisədə 16% azalaraq 1,52 trln. dollara enib. Elan olunan layihələrin dəyəri isə 32% azalaraq 571 mlrd. dollara enib və bu, son 14 ilin minimumu olub.

“Citigroup”un baş direktoru Maykl Korbat (Michael Corbat) isə bildirib ki, növbəti iqtisadi durğunluq vaxtı proses daha kəskin və sürətli olacaq: “Biz özümüzə gəlməyə imkan tapmayacayıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər