13 C
Baku
Thursday, April 18, 2024

Davranışın nümunəvi ssenariləri: gizli motivlərin izahı

Müəllif:psixologiya elmləri namizədi, sertifiktalaşdırılmış təlimçi və HR-menecer, KPG Training Сеnter-in baş partnyoru və aparıcı təlimçisi Svetlana Vladimirovna İvanova.  

 Çox insanlarda tez-tez təkrar olunan, daha çox sevdikləri davranış ssenariləri mövcuddur.

Onlar çox vaxt bizdən öz hisslərimizi və həqiqi arzularımızı gizlətməyimizi tələb etməklə bizim hamımızın müəyyən ictimai şərtlərlə və etiket faktorları ilə məhdudiyyətləşməyimizdən ortaya çıxırlar. Əgər onlar tez-tez takrarlanırlarsa, bu halda insanın hansı motivasiya faktorlarına və siqnallarına ehtiyacı olduğunu başa düşmək olar. Bir neçə tipik ssenariyə baxaq və onların nə haqda xəbər verdiyini və əgər biz insanı özümüzə rəğbət qazandırmaq və qarşılıqlı təsirə motivasiya etmək istəyiriksə, onunla necə davranmağı başa düşməyə çalışmalıyıq.

Çox insanlarda tez-tez təkrar olunan, daha çox sevdikləri davranış ssenariləri mövcuddur. Onlar çox vaxt bizdən öz hisslərimizi və həqiqi arzularımızı gizlətməyimizi tələb etməklə bizim hamımızın müəyyən ictimai şərtlərlə və etiket faktorları ilə məhdudiyyətləşməyimizdən ortaya çıxırlar. Belə ki, uşaq anasına yaxınlaşaraq deyə bilər ki: “Mənə yazığın gəlsin, məni incidiblər” – yaxud: “Məni təriflə: mən axı şeiri yaxşı oxudum”. Böyük adam bunu edə bilməz, lakin şüuraltı hisslər bunu tələb edir. Belə spesifik “ssenarilərin” köməyi ilə şüuraltı hiss siqnallar verir. Onlar tez-tez təkrarlanırlarsa insanın hansı motivasiya faktorlarında və siqnallarda ehtiyacı olduğunu başa düşmək olur.

Bir neçə tipik ssenariyə baxaq və onların nə haqda xəbər verdiyini başa düşmək və insanda özümüzə rəğbət yaranmasına və qarşılıqlı təsirə motivasiya etmək istəyiriksə, onunla necə davranmağı başa düşməyə çalışmalıyıq.

1. Heç nəyə vaxt çatmır/ Çox iş tapşırılıb/ Bütün işləri mən etməliyəm”   
Yanlış və qeyri-məhsuldar reaksiya: 
•    vaxtın idarə edilməsi üzrə məsləhətlər,  xüsusən də günün düzgün planlaşdırılmaması səbəbindən danlanmalar (bunu etmək mümkündür və lazımdır, lakin ssenarinin ortaya çıxması anında yox);
•    məşğul olmanıza istinad edərək mövzunun müzakirəsindən; xüsusən də “yarışmadan” imtina etmək (“Səndə nədir ki, mən …”).

Bu çox geniş yayılmış ssenaridir. Bəzən insan həqiqətən vaxtını idarə edə bilmir və həddindən artıq məşğul olur, bəzən isə onun məşğulluğu tamamilə normaldır və onun lazım olan bütün işləri çox yaxşı etməyə imkanı olur. Əslində problem başqa məsələdədir.

Bu zaman insanın göndərdiyi əsas siqnal aşağıda göstəriləndən ibarətdir: “Mən həqiqətən də əhəmiyyətliyəm, mən həqiqətən lazımam, mənsiz keçinmək mümkün deyil”. Beləliklə, biz belə insanın əhəmiyyətli olmasının qəbul edilməsinə ehtiyacı olduğu haqqında siqnal alırıq.   Daha yaxşı reaksiya əhəmiyyətli olmanın təsdiq olunmasıdır, vaxtaşırı tərifləmə və insanın etdiyinin sizin tərəfinizdən necə dəstəklədiyiniz haqqında söhbətin aparılmasıdır.   Sizin onu qiymətləndirməyinizdən bu insanın fikirləri və fəaliyyətindən həqiqətən çox şey asılı olmasını təsdiq etməyə dəyər. Çox vaxt belə ssenari kiminsə namizəd olduğu karyera yüksəlməsi baş verməyəndə yaxud işin özü özlüyündə insana ehtiyacı olduğu dərəcədə qəbul edilməsini təmin etmədiyi vəziyyətdlərdə təkrarlanan olur.   Belə halda bu, rəhbər tərəfindən kompensasiya olunmalıdır.

2. Hər şey puç oldu/ Heç kim məni başa düşmür”    
Yanlış reaksiya:   
•    həmsöhbətin bütün problemlərinin cəfəngiyyat, diqqətə layiq olmaması yaxud çox asan həll olunmasının təsdiqlənməsi;
•    həmsöhbəti günahlandırmaq;
•    yarışma.
Məlum ssenari insanın dərdinə şərik olmasına, empatiyaya, halına acimağa yüksək tələbatın olması haqqında xəbər verir.
Düzgün reaksiya sizin tərəfdən insanların emosiyalarını başa düşməyinizi təsdiq etməyinizdən ibarətdir. Razılaşın ki, sizi doğurdan da çox vaxt başa düşmürlər və həyatda tez-tez çətinliklərin öhdəsindən gəlmək lazım gəlir. Bunu yaşamağın necə çətin olduğunu öz həyatınızdan olan misallara birləşdirmək və təsdiq etmək mümkündür (burada yarışmadan boyun qaçırmaq lazımdır). Söhbəti məhsuldar həll yoluna yaxud digər mövzuya keçirərək, insanı bu mövzudan tədricən uzaqlaşdırmaq lazımdır. Qeyd edilmiş problemin ətrafında daim müzakirə aparmaq həmsöhbəti qeyri adekvat reaksiyaya və depressiv vəziyyətə gətirə bilər.  Əsas bu halın daimi yaxud müvəqqəti olması haqqında  düşünməkdir.   Əgər bu müvəqqətidirsə, biz insanın dərdinə şərik olaraq sadəcə empatiyanın dozasını artıra da bilərik.   Əgər bu daimi haldırsa, bu bir qayda olaraq əhəmiyyətli komplekslərin, həyat problemlərinin olması haqqında şahidlik edir.

3. “Onlar hamısı (kişilər, rəhbərlər, imkanlı adamlar, qadınlar və sair) – söyüş (əclafdırlar, fırıldaqçıdırlar, səfehdirlər, gicdirlər və sair)/ Heç vaxt … (analoji) birgə işimin olmasını istəmirəm”.   
Yanlış reaksiya:  
•    Sən özün …
•    Rasional səviyyədə diskussiyaya daxil olmaq (insanın hal hazırda lazimi əhval-ruhiyyəsi yoxdur).
•    Məlum fikirlərin həddindən artıq yüksək səviyyədə mükafatlandırılması və ortaya çıxmış mövzuda uzun müddət “asılıb” qalmaq.

Bu ssenari müəyyən sahədə özünü çox da inamlı hiss etməyən, qabaqlayıcı zərbə endirməyə çalışan insanın müdafiə mövqeyini nümayiş etdirir. Məsələn, özünə inamı olmayan qadın tez-tez “Bütün kişilərin əclaf olması” mövzusuna toxunur. Müdafiə reaksiyasının mexanizmi çox sadədir; o özü qabaqlayıcı zərbəni endirdi və indi onun münasibətlərinin olmamasını yaxud kişilərlə uğursuz münasibətlərinin olmasını izah etmək üçün mövzu var, çünki o özü onları istəmir. Sosial statusu yaxud gəlirləri səbəbindən bir qədər komplekslərdən əziyyət çəkən insan tez-tez bütün rəhbərlərin əclaf, imkanlı insanların isə oğru və rüşvətxor olduqları ideyasına müraciət etməyə başlayır. Burada o elə bil qabaqcadan özünə bəraət qazandırır ki mən yaxşı insanam, qalanları kimi deyiləm.

Düzgün reaksiya (biz yenə də davranışın korreksiyası yaxud qəbul olunması deyil, insanın motivasiyasından və özümüzə olan münasibətdən danışırıq) qismən razılaşmaqdan (bəli, həqiqətən bəzən belə olur) və insanın xoşagəlməz vəziyyət ilə rastlaşması səbəbindən dərdinə şərik olmasından ibarətdir. İnsanın müdafiə olunduğunu başa düşmək vacibdir, bu səbəbdən onun rüsvayçılıq və aqressiyasını ciddi qəbul etmək lazım deyil: bu ancaq insanın özünü emosional travmalardan qorumaq cəhdidir. Oxşar təkrar olunan ssenari özünə aşağı səviyyədə inamın olması zonalarının və/yaxud qeyri səriştəli olmasına işarə edir. Bu səbəbdən əgər ssenari işçi münasibətlərinə aiddirsə (“Bütün müştərilər gicdirlər”, “Təchiz edənlərlə heç nə haqqında danışmaq mümkün deyil, onlar özləri nə istədiklərini bilmirlər” və sair), bu halda rəhbər tərəfindən əməkdaşın peşəkarlığı və məhz bu sahələrdə olan davranışını yoxlamağa dəyər, sonra isə davranış modelinin düzəldilməsi yaxud onun təlim keçməsi haqqında düşünmək lazımdır.

4. “Mən nə etsəm də, məndə alınmayacaq/ Əvvəlcədən üzr istəyirəm …”  
Yanlış reaksiya:  
•    xəbərdarlığa fikir vermədən əsassız olaraq hər şeyin alınacağı haqqında xəbər vermək;
•    heç olmasa nəyi isə etmək qabiliyyətində olmaması üçün insanı günahlandırmaq;
•    təcrübədən imtina etməyi təklif etmək.

Əgər o təkrarlanırsa, bu ssenarini də başqaları kimi nəzərə almaq lazımdır. Əgər insan bu haqda ancaq konkret, ayrıca götürülmüş vəziyyətdə danışırsa, bu halda heç bir nəticəyə gəlməyə dəyməz. Təkrar olunma vəziyyətində bu ssenari izahi ilə əvvəlkinə çox oxşardır,  lakin o aqressiv deyil və aşağı salınmış özünüqiymətləndirmə hallarına xarakterikdir.  İnsan əgər həqiqətən alınmadığı vəziyyət üçün əvvəlcədən müdafiəsini quraraq özünü təlükəsizləşdirir.

Həmsöhbətə xəbərdarlığını qəbul etməyiniz, onun həqiqətən vəziyyətə proqnoz verə bilməyini bildirmək lazımdır, lakin əgər heç nə alınmasa onu heç bir qorxulu vəziyyətin olmamasına inandıraraq cəhd etməyi təklif etmək optimal çıxış yoludur.  Nəticədə insanı məhz nəyin utandırdığını aydınlaşdırmasına dəyər və onun tədricən pozitiv  əhval-ruhiyyəyə qayıtmasına çalışmaq lazımdır. Gələcəkdə əməkdaşın bu sahədə ixtisasının səviyyəsini və eləcə də özünüqiymətləndirmə və özünə inam səviyyəsinin artırılması lazımdır.

5. “Yəni onlar edə bilirlər (bacarırlar) ki? …”  
Yanlış reaksiya:  
•    bir özünə bax;
•    məntiq səviyyəsində “onlarda” qeyd edilən hansısa bacarıq yaxud imkanların mövcudluğuna inamın olması.

Bu ssenari bir qayda olaraq insanın xüsusən fəxr etdiyi işlərin və qabiliyyətlərin ətrafında yaranır, bununla belə o özünü digər sahələrdə çox da inamlı hiss etməyə də bilər.   Hər halda bu ssenarinin tez-tez yaranması mövcud komplekslər haqqında xəbər verir: digərlərini əksildərək, insan  elə bil ki özünü azacıq yüksəldə bilir.

Əgər siz insanın həmən an rəğbətini qazanmaq istəyirsizsə, bu mövzuya müəyyən şövq ilə tərəfdar olmaq və onun özünün keyfiyyətlərinin və bacarıqlarının olduğunu təsdiqləmək kifayət edir.   Lakin gələcək üçün belə insanın davranışını düzəltmək lazımdır, çünki bu aqressiyaya keçə və özünüqiymətləndirməni tamamilə qeyri obyektivliyə gətirə bilər.

Nəzərə almaq lazımdır ki, məlum ssenarinin tez-tez və müxtəlif sahələrdə rast gələn insanlarla qarşılıqlı əlaqə çox mürəkkəb və aşağı məhsuldarlıq səviyyəsində ola bilər.

6. “Bax biz o vaxt …  Bizim vaxtlarda…
Yanlış reaksiya:
•    məntiqli səviyyədə “qocalar” və “gənclər” arasında müqayisə;
•    danışanın keçmişdə yaxud indiki zamanda olan xidmətlərinin əhəmiyyətli olmasının endirilməsi;
•    məntiqli səviyyədə fərqlərin əsaslandırılması.

Bu ssenari eləcə də müəyyən müdafiə və inamsızlıq haqqında xəbər verir, burada əvvəlki halda olduğu kimi, əsas konkret qabiliyyət deyil, “stajın” olmasıdır. Lakin belə ssenarinin əsas fikri indiki zamanda qəbul edilmənin və özünə inamın çatışmamazlığıdır.

Belə ssenariyə daha uğurlu reaksiya kimi, məhz insanın əhəmiyyətli olmasının, onun keçmiş və indiki nailiyyətlərinin təsdiq edilməsini hesab etmək olar. Gələcəkdə nəzərə almağa dəyər ki, insan staqnasiyaya uğrayır və keçmişlə yaşayır, ona ola bilsin ki, onun nə qədər bilmədiyinin olduğunu, lakin öyrənə biləcəyini, onun nələri hələ əldə etmədiyini, lakin gələcəkdə əldə edə biləcəyini  göstərərək, bununla onda hal hazırda və gələcəkdə inkişafa həvəs oyatmaq lazımdır.

Əgər bu ssenari həddindən artıq tez-tez özünü göstərirsə, belə insan tərəfindən yeni işçilərə və gənclərə qarşı olacaq birbaşa aqressiyasına hazır olun.

7. “Mən onsuz da hər şeyi bilirəm (mən nə üçün nəyi isə öyrənməliyəm, və kim məni nəyi isə öyrədə bilər)/ Burada yeni nə ola bilər”.  
Yanlış reaksiya:   
•    səriştəsizliyi birbaşa sübut etməyə cəhd (insanın bilməməsini xüsusi qeyd etmədən onun nəyi bilməməsi ilə təəccübləndirmək yaxud ona bunu göstərmək olar);
•    məntiqli inandırma təlimin xeyrinədir.

Müdafiə olunma reaksiyası şəxsən əhəmiyyətli, səriştəli, peşəkar olmağın təsdiqlənməsidir.   Çox hallarda bu ssenari məhz özünə əmin olmayan insanlar üçün aktualdır (özünə əmin və adekvat insanlar əlavə təcrübənin əldə olunmasının hər zaman faydalı olması haqqında unutmurlar).
Belə vəziyyətdə insanın səriştəli, təcrübəli olmasını təsdiqləməyə dəyər və təlim, peşəkarlığın artırılması məsələsini əslində təcrübə mübadiləsinə, digər insanların yaxud hər hansı bir nəzəriyyənin təcrübəsinin qiymətləndirilməsi ilə əlaqələndirmək olar.   Nəticədə belə insanı nə ilə isə təəccübləndirməyə, heyrətə gətirməyə dəyər.   Əgər belə ssenari dominant təşkil edərsə, bu halda belə insanın gələcək inkişaf perspektivlərinin olmaması haqqında danışmaq olar. Belə anı təşkilatın idarə edilməsində nəzərə almaq və eləcə də insanın perspektivliyinin və karyerasının yüksəlməsinin onun inkişaf etmək və oxumaq  səyləri ilə təyin olunmasını öz əməkdaşlarınız arasında yetişdirmək olar.

8. “Sürətlə, daha sürətlə…”   
Bu ssenari çox vaxt ancaq sözlə ifadə olunmur, o həyat tempini və ritmini, təəssüratları daha sürətli etməyə çalışan insanın hərəkətlərində  özünü göstərir. Çox vaxt belə ssenari ləngimələrlə və bir qədər tələskənliklə əlaqələndirilir.
Daha yaxşı reaksiya belə insanla ünsiyyətdə həmən tempi saxlamaqdır. Lakin gələcək üçün bu insanın nədən gizləndiyini və tempin sürətinin azalması halında nəyin baş verəcəyi haqqında düşünməyə dəyər. Adətən belə davranış üsulu hər hansı bir komplekslər, qorxular, sabahkı günə inamsızlıqların gizlədilməsi üçün istifadə olunur.

9. “Ancaq iş haqqında…”    
İnsan tərəfdən heç olmasa azacıq şəxsi söhbətlərin, mövzuların, münasibətlərin, vəziyyətlərin yaranmasından boyun qaçırması vəziyyəti nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, son halda bu ancaq insanın həmən mövzulardan və vəziyyətlərdən boyun qaçırmasına aid deyil, o digərlərinin də bu mövzuya toxunmaqlarının qarşısını almağa çalışır.  Bu ssenarinin son variantı şəxsi sahədə özünə inamsızlığın yüksək səviyyəsini ifadə edir və eləcə də bir qayda olaraq insanın introvert olduğu haqqında şahidlik edir.
Belə insanla ünsiyyətdə ən düzgünü (əgər biz psixokorreksiyadan danışırıqsa) şəxsi mövzulara toxunmamaq və ünsiyyəti son dərəcə işgüzar sahəyə yönəltmək lazımdır. Ümumilikdə biznes və işgüzar münasibətlər planında belə ssenari öz özlüyündə heç bir təhlükə daşımır.

***
Biz işgüzar və şəxsi ünsiyyətdə özünü nümayiş edən bir neçə kifayət qədər nümunəvi ssenarilərə baxdıq.  Başa düşmək vacibdir ki, çox hallarda ssenarilər şüuraltı səviyyədə özlərini göstərir və bizə etiketin pərdəsi arxasına baxmaq, insanın gizli tələbatlarını və zəif cəhətlərini başa düşmək imkanı verirlər.  Bu bizə insanlarla düzgün münasibətlər qurmaq, təsiri düzgün motivasiya etmək və həyata keçirmək imkanı verir.

Təkrarlanma, ssenarini zorla qəbul etdirmək faktorunu qiymətləndirmək vacibdir.  O nə qədər səciyyəvi və təkrar olsa, bu faktor insana bir o qədər əhəmiyyətlidir, bunu mütləq nəzərə almaq lazımdır. Bir-iki dəfə ortaya çıxan mövzunu ssenari hesab etmək olmaz və bundan hər hansı bir nəticə çıxarmaq lazım deyil.

Əsas fikir ondan ibarətdir ki: insan şüuraltı səviyyədə sizdən hər hansı bir reaksiya, ona pozitiv mənəvi stimul verməyinizi xahiş edirsə, ona bu stimulu mütləq vermək lazımdır.   Bu ona daha müvəffəqiyyətlə təsir etməyinizə və onu motivasiya etməyinizə kömək edə bilər.

Son xəbərlər
Digər xəbərlər