Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin eksperti – Bank of Baku

Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin eksperti


Əsas vəzifə və öhdəliklər

  • Bankın əməliyyat riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
  • Mümkün riskləri aradan qaldırmaq üçün biznes proseslərin təkmilləşdirilməsində iştirak etmək
  • Risklərin idarə edilməsi strategiyası və siyasətindən irəli gələn tələblərin əməl olunmasına nəzarət etmək
  • Bankda yaradılan yeni məhsul və xidmətlərin təhlilinin aparılması, təkliflərin verilməsi və fəaliyyət növləri üzrə risk limitlərinin müəyyənləşdirilməsi
  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların, modellərin seçilməsi və tətbiqi

Seçim meyarları

  • İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
  • Əla Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) ilə işləmək bacarığı
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yaradıcı və analitik düşüncə tərzi
  • Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq
  • Dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.