19 C
Baku
Thursday, April 25, 2024

Daxili nəzarət və risklərin idarə edilməsi  departamentinin direktoru – Bank Avrasiya

“Bank Avrasiya” ASC

Vəzifə: Daxili nəzarət və risklərin idarə edilməsi  departamentinin direktoru

Namizədlər üçün irəli sürülən tələblər:

  • Ali iqtisadi və ya biznes təhsili;
  • Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi;
  • Nəzarət edə bilmə qabiliyyəti;
  • Strateji düşünmə və analitik təhlil bacarığı;
  • Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı;
  • Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;
  • Liderlik keyfiyyətləri;
  • Problemi həlletmə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
  • MS Office proqramlarının bilikləri;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
  • Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir.
  • Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.
  • Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir.
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi  üzrə metodların və modellərin seçilməsi və tətbiqi  üzrə işləri həyata keçirir.
  • Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
  • Aidiyyəti  struktur  bölmələrlə  birgə  stress-testlər  keçirir  və  müəyyən  edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.

Xahiş olunur yalnız  “Bank Avrasiya” ASC-nin  ONLINE CV-ni doldurasınız.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər