12 C
Baku
Friday, March 29, 2024

DB 2018-ci il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu yaxılaşdırıb

Dünya Bankı 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 1,8% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankdan məlumat verilib.

Cari ilin yanvar ayında DB 2018-ci ildə Azərbaycanda ÜDM-in artımını 0,9% səviyyəsində proqnozlaşdırıb.

“Proqnozlarımıza əsasən, cari il ölkədə iqtisadiyyatın artımı 1,8% təşkil edəcək. Ümumilikdə, “Şahdəniz” yatağını işlənməsi üzrə “Mərhələ-2” reallaşdırılması, qeyri-neft sektornun inkişafı hesabına ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in artım templərinin sürətlənməsini gözləyirik”, – bankdan qeyd ediblər.

DB-nin qiymətləndirmələrinə görə, həmçinin dünya bazarında neftin yüksək qiyməti, o cümlədən ölkədə neft hasilatının sabitləşməsi Azərbaycanda ÜDM-in artım templərinə müsbət təsir edəcək.

“Dövlət investisiyalarının artımı qeyri-neft sektorunun artımına təsir edəcək. Lakin, böhrandan sonra bank sektorunun uzun müddət bərpası və nisbətən zəif biznes mühit səbəbindən respublikada ÜDM-in artımı orta səviyyədə qalacaq”, – bankdan vurğulanıb.

DB-da hesab edirlər ki, 2018-ci ildə dövlət kapital qoyuluşlarının artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artımı ilə şərtlənir.

“İnflyasiyanın qorunması məqsədilə AMB pul-kredit siyasətinin sərtləşdirilməsini davam etdirməlidir”, – bankdan qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər