15 C
Baku
Saturday, April 20, 2024

Dejavü hissinin əsas növləri

1. Déjà Vécu – (artıq yaşanmış) bir çox insanın dejavü hissi yaşadığında keçirdiyi hislərdir. Dejavü hər hansı bir şeyi əvvəllər də gördüyünüz hissini yaratdığı halda, “deja vekü” zamanı bu hadisəni əvvəllər də yaşadığınızla yanaşı, səs və qoxuları da təkrarən hiss edirsiniz. Bu adətən daha sonradan nə baş verəcəyini bilməyiniz hissi ilə müşayiət olunur.

2. Déjà Visité – (artıq gəlinmiş) – bu da geniş yayılmış hislərdən biridir və yeni gəldiyiniz məkanın izahedilməz şəkildə tanış gəlməsidir. Məsələn, ilk dəfə gəldiyiniz və heç vaxt olmadığınız bir şəhərdə küçədən çıxış yolunu asanlıqla bilə bilərsiniz. Bu zaman bunu hardan bildiyinizi ağlınıza belə gətirə bilmirsiniz.

3. Déjà Senti – (artıq hiss olunmuş) – bu hissi nə vaxtsa yaşadığınız hissi bəxş edir. Bu nadir halda yaddaşda qalan psixi vəziyyətdir. Bu zaman yaranan xatirə xəyalınızda yaratdığınız səsi yada salır. Dejavü-nün digər növlərindən fərqli olaraq bu növdə paranormal və yaxud qeyri-təbii heç bir şey baş vermir.

4. Jamais Vu (“heç vaxt görməmişəm”) – bütün digər növlərdən fərqli olaraq tanış olan hadisənin yada salına bilinməməsidir. İnsan burada əvvəl olduğunu dəqiq bilsə də, vəziyyətə yada sala bilmir. Siz qəfil olaraq tanıdığı insanı, bildiyi yeri və yaxud sözü bütünlüklə unuda bilər. Alimlər bir araşdırma zamanı 92 könüllü şəxsdən 1 dəqiqə ərzində “qapı” sözünü 30 dəfə izah etməyi tələb etmişlər. Nəticədə 68 faiz iştirakçı ümumiyyətlə “qapı” sözünün real olduğuna şübhə ilə yanaşmışlar. Bu simptom beyinin yorğunluğu zamanı özünü biruzə verir.

5. Presque vu— bu “dilin ucunda” hissidir. İnsan çox vaxt unutduğu sözü xatırlasa da, onu tam olaraq dilə gətirə bilmir.

6. L’esprit de l’Escalier – artıq çox gec olduğu bir vaxtda lazımi cavab və yaxud həll yolunu tapmağınızdır.

Son xəbərlər
Digər xəbərlər