23 C
Baku
Friday, April 19, 2024

Dekabr ayının xəbər tendensiyaları Nettrends-də

2013-cü ilin son ayında Azərbaycanın internet xəbər səhifələrində yer alan xəbərlərin tendesiyaları və statistikaları açıqlanıb.

Azərbaycan internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinq və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2013-cü ilin dekabr ayının yekunlarını açıqlayıb və ay ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı müəyyən edib.

Təqdim edilən rəqəmlər müvafiq adların Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 150-dən çox xəbər saytında dərc edilmiş 183 mindən artıq məqalənin analizinə əsasən müəyyən edilib.

Hər ay Unibank və Bank of Baku arasında bankların siyahısına liderlik uğrunda ciddi rəqabət gedirdi. İlin son ayının lideri isə Unbankdır.

Qeyd edək ki, elan edilən bu statistik məlumatlar sistemimizə inteqrasiya edilmiş Azərbaycan, rus və ingilis dillərində 150-dən çox xəbər saytının məqalələri əsasında hazırlanır. Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır..

“Nettrends” bütün PR işlərini “vahid pəncərə”dən idarə etməyə imkan verən xidmətdir. Xidmət həm korporativ, həm də fərdi müştərilərə təqdim olunur.

Sosial şəbəkələrdə:

banklar

Son xəbərlər
Digər xəbərlər