16 C
Baku
Friday, April 19, 2024

DəmirBank 1.7 mln. manat zərər edib

Banker.azın verdiyi məlumata görə, DəmirBank nəhayətki 2016-cı ilin sonuna dair hesabatlarını açıqlayıb.

4-cü rübün yekunlarına əsasən, bank ili 1.7 mln. manat zərərlə başa vurub. Bankın bu qədər zərər etməsinə səbəb, vaxtı keçmiş kreditlər üzrə ehtiyatların yaranması ilə əlaqədardır. İl sonuna bank bu istiqamətdə gəlirinin 6.7 mln. manatını xərcləməli olub.

Bank bir rüb ərzində aktivlərini 530 mln. manatdan 538 mln . manata qədər artıra bilmişdir. Bu artım daha çox bankın öhdəlikləri hesabatına olmuşdur. Bankın kapitalı dəyişməz olaraq qalıb.

 

Maliyyə göstəriciləri 3-cü rüb 2016

Maliyyə göstəricilər 4-cü rüb 2016

 

Son xəbərlər
Digər xəbərlər