23 C
Baku
Saturday, April 20, 2024

Depozit faizləri necə hesablanır (ıı hissə)

Mürəkkəb faizlərin düsturu o halda tətbiq edilir ki, əgər əmanət üzrə faizlərin hesablanması bərabər zaman kəsiklərindən bir həyata keçirilir (gündəlik, aylıq, rüblük), əlavə edilən faizlər isə əmanətin üzərinə əlavə edilir. Yəni mürəkkəb faizlərin hesablanması faizlərin kapitallaşmasını (faizlərə faiz hesablanmasını) nəzərdə tutur.

Banklarda faizlərin kapitallaşması aylıq, rüblük, günlük həyata keçirilə bilər, əksər Azərbaycan banklarında  kapitallaşma aylıq (Dəmir Bank), rüblük (Xalq Bank), yarım illik (Turan Bank) həyata keçirilir. Bəzi banklar isə kapitallaşmanı müddətin sonunda təklif edirlər, bu isə sadəcə reklam fəndindən bir şey deyil, yəni bu zaman müştəri faizləri götürmür və əmanətin miqdarı isə sadə faizlər düsturu ilə hesablanır.

Ümumilikdə mürəkkəb faizlərin hesablanma formulu belə görünür:

Simvolların izahı:

CaptureS — depozit müddətinin sonunda əmanətçiyə verilməli olan məbləğ, o ilkin depozit məbləğindən və üstəgəl hesablanmış faizlərdən ibarət olur.
n– illik faiz dərəcəsi
i müddət (depozit üzrə faizlərin hesablanmalı olduğu günlər)
t –təqvim ili üzrə günlərin sayı (365 və ya 366)
Sd –depozitə cəlb olunan pul vəsaitlərinin ilkin məbləği
j – kapitallaşmamın həyata keçirildiyi təqvim günlərinin sayı (yəni kapitallaşma neçə gündən bir aparılır)

Düsturun köməyi ilə mürəkkəb faizlərin hesablanması belədir:

Capture4S — depozit müddətinin sonunda əmanətçiyə verilməli olam məbləğ, o ilkin depozit məbləğindən və üstəgəl hesablanmış faizlərdən ibarət olur.
n- illik faiz dərəcəsi
i- müddət (depozit üzrə faizlərin hesablanmalı olduğu günlər)
t –təqvim ili üzrə günlərin sayı (365 və ya 366)
Sd –depozitə cəlb olunan pul vəsaitlərinin ilkin məbləği
j – kapitallaşmanın həyata keçirildiyi təqvim günlərinin sayı (yəni kapitallaşma neçə gündən bir aparılır)
Depozitlərin mürəkkəb düstur ilə hesablanmasına dair bir neçə nümunəyə baxaq:

Nümunə 5.

50 min manat həcmində depozit 90 gün müddətinə 10,5 faiz dərəcəsi ilə banka qoyulur. Faizlər aylıq olaraq hesablanır. Uyğun olaraq, 90 gün ərzində faizlərin kapitallaşması üzrə əməliyyatların sayı 3-ə bərabərdir. Faizlərin kapitallaşmasının həyata keçirildiyi dövrdə təqvim günlərinin sayı isə  30-a (90÷3) bərabərdir. Faizlərin həcmi nə qədər olacaq?

S = 50000 × (1 + 10,5 ×  30 ÷ 365 ÷ 100)3 = 51305,72
Sf = 50000 ×  (1 + 10,5 ×  30 ÷ 365 ÷ 100)3 – 50000 = 1305,72

Mürəkkəb faiz düsturu ilə hesablanmış faiz məbləğinin sadə faiz düsturu ilə doğru hesablandığını yoxlamaq olar.

Bunun üçün depozit müddətini (3 ay) 30 gün üzrə 3 ayrı-ayrı dövrə bölək və sadə faiz düsturundan istifadə edərək hər bir dövr üçün faizləri hesablayaq. Hər növbəti dövr üçün depozitin məbləğini əvvəlki dövrün faiz məbləğləri də nəzərə alınmaqla hesablamaq lazımdır. Hesablamaların nəticəsində aşağıdakılar alındı:

Aylar S- depozitin məbləği f –Faiz dərəcəsi ifaizlərin hesablandığı günlərin sayı Sffaizlərin məbləği S –qoyulmuş vəsaitin məbləği + hesablanmış faizlər. (2+5)
1 2 3 4 5 6
1 50000.00 10.5 30 431.51 50431.51
2 50431.51 10.5 30 435.23 50866.74
3 50866.74 10.5 30 438.98 51305.72

Beləliklə, aylıq kapitallaşma (faizlərin faizlər üzrə hesablanması) da nəzərə alınmaqla faizlərin ümumi məbləği təşkil edir:

Sf = Sf1 + Sf2 + Sf3 = 431,51 + 435,23+ 438,98 = 1305,72

Bu, № 5 məsələdə mürəkkəb faiz düsturu ilə hesablanmış məbləğə uyğun gəlir. №2 məsələdə sadə faizlər düsturu ilə bu dövr üzrə faizlər hesablandığı zaman gəlir 1294,52 manat təşkil etmişdi. Faizlərin kapitallaşması əmanətçiyə əlavə olaraq 11,2 manat (1305,72 – 1294,52) gəlir gətirdi, başqa sözlə əmanətlər mürəkkəb faiz düsturu ilə faizlərin kapitallaşması zamanı daha çox gəlir gətirirlər.

Faizlər hesablanan zaman daha bir kiçik nüansa diqqət etmək lazımdır. Əmanətlər üzrə faizlərin hesablandığı günlər və ya banklar tərəfindən faizlərin kapitallaşmasında istifadə olunan təqvim günlərinin sayı təyin edilən zaman əmanətin bağlanması (götürülməsi) günü nəzərə alınmır. Məsələn, 02.11.07 tarixində bank 7 gün müddətinə depozit qəbul edir. Depozitin tam müddəti 02.11.07-09.11.07, başqa sözlə 8 təqvim günüdür. Faizlərin hesablandığı dövr isə 02.11.07-dən 08.11.07-ə qədər olacaq, başqa sözlə 7 təqvim günü. 09.11.07 tarixli gün nəzərə alınmır, belə ki, depozit müştəriyə geri qaytarılıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər

1 comment

Comments are closed.