24 C
Baku
Thursday, April 18, 2024

Depozit faizlərinin düşməsi gözlənilir

Mərkəzi Bankın istehlak kreditlərinin və avtomobil kreditlərinin verilməsinə dair göstərişlərindən sonra bu kreditlərin buraxılışında ciddi səngimələr müşahidə olunur.

Qeyd edək ki, bu kreditlərin banklar üzrə aylıq buraxılışı təxminən 131 665 min manat təşkil edirdi. Hazırda isə banklar həmin vəsaiti yerləşdirməkdəçətinlik çəkirlər. Bu bir tərəfdən biznes kreditlərinin riskli olduğundan və  biznes kreditlərinin buraxılışının istehlak kreditləri qədər rahat olmadığından ( normalda adi mikro biznes krediti təxminən 3-4 gün təhlil edilir) , digər tərəfdən isə bu tip qərar banklar üçün gözlənilməz olduğundan  alternativ planın işlənib hazırlanmasına kifayət qədər vaxtın tələb olmasından ibarətdir. Məsələnin digər riskli tərəfi – arayış ala bilməyən insanların müxtəlif saxta metodlara üz tutmaları ola bilər.

Hazırda bazarda bu tip metodikalar geniş vüsət almasada, zaman keçdikcə bu tip artımlar müşahidə oluna bilər. Çünki kredittən süni şəkildə məhrum edilən insanların sayı həddən artıq çoxdur.

Banker.az eskpertlərinin qiymətləndirilmələrinə görə, yaxın dövrdə bank bazarında  bankların likvid vəsaitlərinin artıqlığını nəzərə alaraq depozit faizlərində enmələr gözlənilir.

Son xəbərlər
Digər xəbərlər