13 C
Baku
Thursday, May 9, 2024

Depozit hərracına olan maraq azalmaqdadır

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

18.12.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 180,10 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,34% təşkil etmişdir. Bu da cəlb olunması nəzərdə tutulan 200 mln. manatdan az deməkdir.

Ümumiyyətlə dekabr ayında digər aylardan fərqli olaraq daha az manat cəlb olunması hiss olunur. Belə ki, bundan öncəki, 11 dekabrda olan depozit hərracında cəlb olunması 400 mln. nəzərdə tutulsa da, hərracda təlabat 1,4 dəfə azalaraq 290 mln. manat olmuşdu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər