26 C
Baku
Wednesday, April 24, 2024

Deputat: “Krediti qaytarmayan şəxslərin işlərinə Mülki və Cinayət məcəllələrinə uyğun baxıla bilər”

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, problemli kreditlərlə bağlı banklar özləri ciddi məşğul olmalıdır: “Onsuz da kreditlər vaxtında qaytarılmayanda şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Son vaxtlar problemli kreditlərin qaytarılması ilə bağlı Mərkəzi Bank tərəfindən müəyyən işlər görülür. Ümumiyyətlə, bank sistemində müəyyən islahatlar görülür və davam etdirilməsinə ehtiyac var. Eyni zamanda problemi kreditlər hər zaman olub, amma bununla banklar özləri ciddi məşğul olmalıdır. Kredit götürən şəxs fikirləşməlidir ki bu krediti qaytara biləcəm ya yox, o müqaviləni diqqətlə oxumalı, nəzər salmalıdır”.

V.Əhmədovun sözlərinə görə, problemli kreditlərə nəzər yetirmək lazımdır ki, bunlar hansı zamanda yığılıb qalıb və bu kreditlərin müddəti nə qədərdir. “Yəni onun sturkturuna baxıb müəyyən qərarlar vermək lazımdır. Amma ümumi götürdükdə hər fiziki şəxs başa düşməlidir ki, götürdüyü krediti qaytarmaq laızmdır. Banklar haqqında qanunda, o cümlədən Mülkü və Cinayət məcəllərində kreditlərin qaytarılmaması halları öz əksini tapıb. Yəni istənilən halda buna qarşı mübarizə aparmaq üçün bütün səlahiyyətli orqanların imkanları var. Amma kimsə qanunları pozub, vaxtında krediti qaytrmırsa, o zaman kredit alan şəxs barədə kredit təşkilatları, banklar vaxtında qərarlar verməlidirlər. Problemli kreditlərin yaranma səbəbi bankların vaxtında qərar verməmələridir. Çünki kreditlərin verilməsində şapka məsələsi və s. olur ki, bütün bunlar hamısı faktdır və ona görə də onlar hamısı məsuliyyət daşıyır”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər