18 C
Baku
Tuesday, April 23, 2024

Deputatdan Eldar Mahmudova ittihamlar: qanunsuz dinləmə, manat sabotajı

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Eldar Mahmudov işdən çıxarılandan sonra mətbuatda bu olayla bağlı geniş müzakirələr açılıb. Hətta eks-nazirin həbsini iddia edənlər də var.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında Prezidentin sərəncamına münasibət bildirib.

Onun sözlərinə görə, bir çoxları üçün gözlənilməz olan bu addımın əsl səbəbləri yalnız ölkə rəhbərinə bəllidir.

Qeyri-rəsmi məlumata görə, manatın dollar qarşısında 33.5 devalvasiyası zamanı da məxfi məlumatlardan, dövlət sirlərinin əldə edilməsindən böyük iqtisadi fayda götürülməsi üçün istifadə edilib.

Bu isə dövləti həyata keçirmək istədiyi iqtisadi tədbirin linç edilməsi idi və gözlənilən iqtisadi təhülkədən az itki ilə çıxmasını xeyli əngəlləmiş oldu. Adətən belə məsələrlə xarici xidmət orqanları və diversiya qrupları məşğul olur. Bir məqamı da xüsusi qeyd etməliyik.

Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısının sahibkarlığın boğulması istiqamətindəki mesajlarının ünvanı ətrafında ictimaiyyətdə böyük diskussiyalar və canlı axtarışlar gedirdi.

Sahibkarın soyulması ilə yeni iş yerlərinin açılmasına vurulan zərbə və büdcəyə ödəmələrin əngəllənməsi haqlı olaraq dövlətin birinci şəxsində qəzəb doğurmuşdu.

Orada sahibkarlığın boğulması, onların müxtəlif soyulmalara məruz qaldığı vurğulandı. Lakin hamıya bəllidir ki, hüquq-mühafizə orqanlarının müdaxiləsindən danışarkən ilk növbədə MTN nəzərdə tutulurdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.