15 C
Baku
Saturday, April 20, 2024

Deputatların, Ombudsmanın və hakimlərin maaşı 10 faiz artırılıb

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə görə, deputatların, Ombudsmanın və hakimlərin əməkhaqları 10 faiz artırılır.

Layihə səsə qoyularaq qəbul olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər