25 C
Baku
Saturday, April 20, 2024

Deutsche Bank dünyanın ən bahalı ölkələrinin adını açıqladı

Tranio.ru  saytının yazdığına əsasən Sanciv Sanyal, Deutsche Bankın qlobal strategiya sahəsi üzrə baş mütəxəssisi «Mapping the World’s Prices» araşdırmasının nəticələrini açıqlayıb. Açıqlamada  dünyanın fərqli ölkələrində həyat səviyyəsi müqayisə olunur. 

Kontrast dünya

Araşdırma göstərdi ki, Braziliya istisna olmaqla, bütün inkişaf etməkdə olan ölkələrdə qiymətlər inkişaf etmişlər ilə müqayisədə daha aşağıdır. Bəzən çox maraqlı təzadlara rast gəlmək mümkündür. Məsələn, dünyanın ən bahalı ofis icarəsi –Honkonq və Londondadır. Amma  dünyanın digər iki maliyyə paytaxtı ilə bir sıraya qoyulan Nyu-Yorkda daha ucuzluqdur, hətta vergi və digər xərcləri nəzərə almaqla. Baxmayaraq ki, iPhone-u Çində yığırlar, bu qurğular Şimali Amerikada və Malayziyada daha ucuz qiymətə təklif olunur.

Əgər hansı isə məhsullar və xidmətlər bir ölkədə digərləri ilə müqayisədə daha çox xərc tələb edirsə, bu hələ o demək deyil ki, o bütün meyarlar üzrə ən bahalı şəhərdir. Məsələn Sinqapurda avtomobil və pivə daha bahadır. Amma əvəzində burda biznes məktəblərində oxumaq və kinoya getmək daha ucuzdur. Honkonq sözün hər mənasında dünyanın ən bahalı şəhəri hesab olunur, amma burda taksilər və ictimai nəqliyyat- dünyada ən ucuz olanlar sırasındadır.

«Qızılı» şəhərlər

2011-ci ildə həyat səviyyəsinə görə ən bahalı şəhərlər sırasına Sürix başçılıq edir. Onun ardınca isə Tokio, Oslo, Paris və Sidney gəlir. On il əvvəl Sürix bu siyahıda dördüncü yerdə idi, o zaman siyahıya liderlik Tokionun əlində idi. 2001-2011-ci illər ərzində öz mövqeyindən daha çox geri çəkilən şəhər isə London olub: o üçüncü sıradan səkkizinci sıraya enib. Los-Anceles, Nyu-York, Şanxay və Buenos-Aires  ümumiyyətlə ilk onluqdan kənarda qalıb. Onları əvəz edən isə San-Paolo, Madrid, Frankfurt və Sidney olmuşdur.

Ən bahalı ofislər  – Honkonqda

Yüksək səviyyəli bir ofisi kirayə etmək üçün ən çox pul xərcləməli olduğunuz şəhər Honkonqdur. Vergi və xidmətləri nəzərə almasaq burda bir ofisin bir illik kirayəsi 178,34 dollar/fut² -dur. Bu Manxettendə olduğundan 80% daha bahadır (35,72 dollar/fut²). İkinci yeri isə Paris tutur, burda bir ofisin illik kirayə haqqı sizə 90,26 dollar/fut²-a başa gələcək. Üçüncü pillədə  Rio-de-Janeyro (78,98 dollar/fut²), dördüncü pillədə isə Moskva (75,78 dollar/fut²) qərar tutmuşdur. London isə onlardan bir az geri qalır: burada ofisləri orta hesabla il ərzində 75,29 dollar/fut²-a kirayə verirlər. Onluğa həmçinin Sinqapur, San-Paulo, Sidney, Nyu-York və Melburn daxildir.

Qeyd: 1 fut 30,479 sm-ə bərabər rus və ingilis uzunluq ölçü vahididir.

Ən bahalı otellər -Moskvada

Beş ulduzlu otellərdəki nömrələrin bahalığına görə birinci yeri isə Moskva tutur. king size və ya queen size çarpayılı otaqlarda qalmağın biri günü orta hesabla 866,4 dollara başa gəlir. Sidney şəhəri isə Rusiyanın paytaxtından azacıq geri qalır (858,6 dollar).  Üçüncü yerdə isə Paris (483,7 dollar), dördüncü yerdə London(458,8  dollar) qərar tutmuşdur. Beşliyi isə San-Paulo (439,5 dollar) tamamlayır. Növbəti yerləri isə Nyu-York, Pekin, Melburn, Sinqapur və Honkonq öz aralarında bölüşdürür.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər