23 C
Baku
Friday, April 19, 2024

“Deutsche Bank” “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin hədəf qiymətini yüksəldib

Almaniyanın ən iri bankı “Deutsche Bank” SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin hədəf qiymətini artırıb.

“Deutsche Bank” “Petkim”in səhmlərinin hədəf qiymətini 9,5 faiz artıraraq 4,2 türk lirəsindən 4,6 lirəyə yüksəldib.

Qeyd edək ki, sentyabrın 6-da “Petkim PetroKimya Holding A.Ş.”nin idarə heyəti toplaşacaq. İclasda şirkətin idarə heyətinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.

Xatırladaq ki, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim”də təxminən 58 faizlik paya sahibdir. SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR – 87 faiz, “Goldman Sachs” – 13 faiz.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər