17 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Vaxtı keçmiş dollar kreditləri üzrə banklar hansı güzəştləri təklif edir?

Vaxtı keçmiş dollar kreditləri üzrə banklar hansı güzəştləri təklif edir?

0
Vaxtı keçmiş dollar kreditləri üzrə banklar hansı güzəştləri təklif edir?

Devalvasiyadan öncə xarici valyutada rəsmiləşdirilmiş kreditlərə Bankların təklif etdiyi güzəştlər.

Bildiyimiz kimi, bir il içərisində ölkədə baş vermiş devalvasiyalar (21.02.2015 və 21.12.2015-ci il tarixlərdə) bütün ölkə iqtisadiyyatını,  xüsusilə maliyyə və bank sektorunda fəaliyyət göstərən şirkətləri böyük zərərlə üz-üzə qoydu.

Devalvasiyalardan sonra bankların kredit və depozit portfeli kəskin surətdə azalmağa başladı. Həmçinin kredit portfelinin keyfiyyəti aşağı düşdü. Kredit portfelinin keyfiyyətinin aşağı düşməsinin səbəbləri xarici valyutada (əsasən dollarda) verilən kreditlər üzrə aylıq ödənişlərin manat ekvivalentinin kəskin artması, əhalinin digər istehlak xərclərinin artması, şirkətlərdə baş vermiş işçi ixtisarları, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin böyük zərərlə üzləşməsi və s. amillərin müştərilərin ödəniş qabiliyyətinə mənfi təsir göstərməsi ilə bağlıdır.

Devalvasiyalar nəticəsində həm Banklar həm də bankların kredit müştəriləri zərərçəkən rolunu icra etdilər. Bu səbəbdən Banklar kreditlərin geri qayıtma sürətinin artırılması, kredit portfelinin keyfiyyətinin yüksəldilməsi eyni zamanda müştəri mənmuniyyətinin təmin edilməsi üçün zərərin bir qismini öz üzərlərinə götürdülər. Belə ki,  xarici valyutada götürülmüş kreditlər üzrə güzəştli restruktruzasiya şərtləri, həmçinin bu kreditlərin tam ödənilməsi zamanı daha aşağı məzənnənin tətbiq edilməsi müştərilərə təklif edildi. Devalvasiyaların üzərindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Bankların kredit portfellərində hələ də bu tip kreditlər (xüsusilə uzun müddətə rəsmiləşdirilmiş kreditlər) mövcuddur.

Banker.az monitorinq qrupu olaraq Bankların xarici valyutada rəsmiləşdirilmiş kreditlər üzrə təklif etdiyi güzəştləri araşdırdıq. Təbii ki, bu güzəştlər devalvasiyalardan öncə rəsmiləşdirilmiş kreditlərə şamil olunur. Devalvasiyalardan sonra xarici valyutada kreditlər yalnız rəsmi gəlirləri xarici valyutada olan müştərilərə təklif edilir.

Aşağıdakı cədvəldə Sizlər üçün maraqlı və faydalı olacağını düşündüyümüz güzəştli şərtlər əks olunmuşdur. Bəzi Banklarda güzəştlər fərdi formada tətbiq edilir, bəzilərində isə müəyyən kateqoriyalara aid olan müştərilər üzrə standart güzəşt paketləri mövcuddur.

Bank Kreditin tam ödənilməsi zamanı tətbiq edilən güzəştlər Kreditin AZN valyutasında restrukturuzasiyası zamanı tətbiq edilən güzəştlər
AccessBank Müraciətlərə fərdi olaraq baxılır Müraciətlərə fərdi olaraq baxılır
Bank of Baku Kredit 1-ci devalvasiyadan öncə verilibsə

1 USD = 1.15 AZN məzənnəsi tətbiq edilir.

Kredit 1-ci devalvasiyadan sonra verilibsə

1 USD = 1.35 AZN məzənnəsi tətbiq edilir.

Qeyd: Hər iki halda müştərinin cari cərimələri Bank tərəfindən bağışlanır.

Kredit 1-ci devalvasiyadan öncə verilibsə

10% ilkin ödəniş –  MB kursu

30% ilkin ödəniş  –  1 USD = 1.45 AZN

50% ilkin ödəniş olduqda – 1 USD = 1 AZN

Kredit 1-ci devalvasiyadan sonra verilibsə

10% ilkin ödəniş –  MB kursu

30% ilkin ödəniş olduqda –  1 USD = 1.55 AZN

50% ilkin ödəniş olduqda – 1 USD = 1.20 AZN

Qeyd: Hər iki halda müştərinin cari cərimələri Bank tərəfindən bağışlanır.

Bank BTB Müraciətlərə istisna olaraq fərdi baxıla bilər Müraciətlərə istisna olaraq fərdi baxıla bilər
Unibank Güzəşt tətbiq edilmir Aylıq ödənişə 30% güzəşt edilir.

Qeyd: Cərimlərin bağışlanılması mümkündür.

NBC Bank Faiz məbləğinin 25%-dən 50%-dək bağışlanır.

Müvafiq kreditlərə 2-ci devalvaiyadan sonra cərimə hesablanmır.

20% ilkin ödənişlə Bankın satış kursu ilə konvertasiya edilir.

Müvafiq kreditlərə 2-ci devalvaiyadan sonra cərimə hesablanmır.

Nikoil Bank Müraciətlərə fərdi olaraq baxılır MB kursu ilə manata konvertasiya edilir.
Bank Respublika Müraciətlərə fərdi olaraq baxılır Müraciətlərə fərdi olaraq baxılır
Bank VTB Müraciətlərə fərdi olaraq baxılır Müraciətlərə fərdi olaraq baxılır
Amrahbank Kredit məbləğindən asılı olaraq

1 USD = 1.35 AZN və ya 1 USD = 1.40 AZN

güzəştlər tətbiq edilir.

Qeyd: Cərimlərin bağışlanılması mümkündür.

30% – 40% arası ilkin ödənişlə Bankın kursu ilə manata konvertasiya edilir.

Qeyd: Cərimlərin bağışlanılması mümkündür.