Çirkli pulların yuyulması

From ..::Banker.az::..
Jump to: navigation, search

“Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur. “Çirkli pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxaq qrup mövcuddur. Bunlar Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa Şurasının “Money Wall” adlanan xüsusi ekspert qrupudur. “Çirkli pulların yuyulması” prosesinin realizə mexanizmi konkret maliyyə-bank əməliyyatlarından ibarətdir. Məsələn, adsız depozit sertifikatları ilə əməliyyatlar (bu zaman qiymətli kağızın faktiki sahibi və ondan faktiki mənfəət götürən şəxs məlum olmur) və kodlaşdırılmış bank hesablarının açılması. Bir sözlə, “çirkli pulların yuyulması” qanuni mənbədən gələn qeyri-qanuni mənimsənilən pulların mənbəyinin gizlədilməsidir. Pulların “yuyulması” korrupsiyanın maskalanması prosesidir və narkotik və insan ticarəti, kleptorat və dövlət qulluqçularının cinayətinin ört-basdır edilməsində geniş tətbiq olunur. Bank sirləri, vergi sığınacaqları “yuyulmuş” pulların izlənməsini çətinləşdirir. Pulların “yuyulması”nı idarə etmək üçün bir çox təşkilatlar hüquqi səylər göstərir: BMT-nin Korrupsiyaya qarşı Konvensiyası və BMT-nin transmilli cinayətkarlığa qarşı konvensiya və protokolu.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı