İdarəolunan və idarəolunmayan korrupsiya

From ..::Banker.az::..
Jump to: navigation, search

İdarəolunan və idarəolunmayan korrupsiya (controlled vs. uncontrolled corruption) – bəzi ölkələrdə mərkəzləşdirilmiş, uzlaşdırılmış və intizamlı (idarəolunan), digər ölkələrdə mərkəzləşdirilməmiş, qarışıq, qaydasız korrupsiya mövcud olur. Bunlar ideal tiplərdir. Çox ölkələr haradasa aralıq kateqoriya kimi səciyyələndirilə bilər. İdarəolunan korrupsiya hadisələrində idarə edən elita korrupsiya proseslərinə və prosedurlara nisbətən ciddi nəzarət edir. Məsələn, keçmiş Sovet İttifaqı və Asiya əjdahaları Cənubi Koreya və Tayvan iqtisadi genişlənməni korrupsiya (idarəolunan) ilə birgə təcrübədən keçirdi. İdarəolunan korrupsiya hadisələrində müəssisələr korrupsiyanın səviyyəsini proqnozlaşdıra və hesablaya bilir və onu ölçülə bilən xərc kimi xərclərinə daxil edirlər. Buna görə idarəolunan korrupsiya ticarətə və investisiyaya mənfəət norması baxımından əsas maneə olmaya bilər. İdarəolunmayan korrupsiya olan ölkələrdə korrupsiya ümumi və əvvəlcədən müəyyənləşdirilməyən olur. Kimin nə qədər fayda alacağı və nədən alacağı idarəedicilərin komandanlığı altında deyil. Ümumən idarəolunmayan korrupsiya iqtisadiyyata daha zərərli hesab olunur, lakin uzunmüddətli dövrdə idarəolunan da ölkə iqtisadiyyatına mənfi təsir edə bilər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı