İllik hesablı səviyyə (dərəcə)

From ..::Banker.az::..
Jump to: navigation, search

Annualized rate - Hər hansı bir göstəricinin ilin müəy yən dövrünə aid qiyməti əsasında hesablanan illik səviyyəsi. Məsələn, aylıq (rüblük) gəlir sə viyyəsi və ya faiz dərəcəsi əsasında illik gəlir səviyyəsi və ya faiz dərəcəsinin hesablanması. Əgər həmin göstəricilərin ilin digər aylarında da (rüblərində də) eyni olması gözlənilirsə, onda illik hesablı gəlir səviyyəsini və ya faiz dərəcəsini müəyyənləşdirmək üçün bir aylıq (rüblük) göstərici 12-yə (4-ə) vurulur. Əgər göstəricinin ilin dövrləri üzrə səviyyəsi dəyişkəndirsə, onda illik hesablı səviyyənin hesablanması üçün onun müvafiq dövrlər üzrə orta səviyyəsindən (dərəcəsindən) və ya müvafiq riyazi hesablamalardan, əsasən də, ekstrapolyasiya üsulundan istifadə olunur.



Yerli Iqtisadi Inkisaf Mərkəzi