İllik idarəolunan xərclər

From ..::Banker.az::..
Jump to: navigation, search

İllik idarəolunan xərclər (annually managed expenditure) – bir sıra ölkələrdə (məsələn, Böyük Britaniyada) dövlət xərclərinin elə bir hissəsidir ki, bu, digər xərclər kimi 3 illik əsasda deyil, ilbəil idarə olunur. Bu cür xərclərin ən böyük komponentləri aşağıdakılardır:

(a) sosial müdafiə xərcləri;

(b) borc faizləri;

(c) yerli hakimiyyətlərin özünümaliyyələşdirmə xərcləri;

(d) Avropa Birliyinin büdcəsinə ödəmələr.

İllik idarəolunan xərclər elə xərclərdir ki, illik tələbə əsaslanır və hökumətin qısamüddətli nəzarəti altındadır. Eyni zamanda, bu, əvvəlcədən asanlıqla maliyyələşdirilə bilən departament xərclərindən fərqlənir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı