İnflyasiya

From ..::Banker.az::..
Jump to: navigation, search

Inflation - Müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsi. Başqa sözlə, inflyasiya pul tədavülü kanallarının əlavə (artıq) pul kütləsi ilə dolması, yaxud pul tədavülü kanallarının tələbatından artıq həcmdə pul kütləsinin dövriyyəyə buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir. İnflyasiya iqtisadi tarazlığı pozduğundan və iqtisadi böhrana səbəb olduğundan dövlət bu və ya digər iqtisadi-maliyyə alətləri (tədbirləri) vasitəsilə bu prosesin qarşısını almağa çalışır ki, bu da anti-inflyasiya siyasəti adlanır. İqtisadiyyatda inflyasi yanın səviyyəsini qiymət indeksi müəyyən edir. Yaranma səbəbinə görə inflyasiya iki qrupa bölünür: tələb inflyasiyası və təklif inflyasiyası. İqtisadiyyatda tələbin artması cəmiyyətin istehsal imkanlarını xeyli geridə qoyaraq qiymətlərin yük-səlməsinə, yəni inflyasiyaya gətirib çıxarır. Təklif inflyasiyası (xərc inflyasiyası) zamanı isə qiymətləri tələb deyil istehsal xərcləri artırır. Belə ki, məhsul vahidinin istehsal xərclərini artıran amillər həm də inflyasiyanı törədən amillər kimi çıxış edir. Eyni zamanda, ölkə iqtisadiyyatında əmək haqqı səviyyəsinin yüksəldilməsi ilə bağlı olan inflyasiya istehsal məsrəflərinin artması ilə yaranan inflyasiyanın tərkib hissəsidir. Tempinə görə inflyasiya, əsasən, 4 cür fərqləndirilir: normal (illik 4%-ə qə dər), sürünən (4-20%), yüksək (20-200%) və hiperinflyasiya (200%-dən yüksək). Yaranma səbəblərindən irəli gələrək inflyasiya gözlənilən və gözlənilməz olur. Birincisi, adətən, hökumətin həyata keçirdiyi iqtisadi tədbirlərin nəticəsi kimi, ikincisi isə makro-iqtisadi səviyyədə baş verən gözlənilməz dəyişmələrin nəticəsi kimi meydana çıxır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi