İnternet – ekvayrinq

From ..::Banker.az::..
Jump to: navigation, search

İnternet–ekvayrinq ticatət-xidmət təşkilatlarına İnternet şəbəkəsi vasitəsi ilə alıcılarla hesablamalar aparmağa imkan verən xidmətdir. Xidmət ekvayer-banklar, prosessinq mərkəzləri və elektron ödəmə sistemləri tərəfindən göstərilir.

Bank internet-ekvayrinq xidmətinin elektron ödəmə sistemi üzərində üstünlüyü hesablamaların etibarlı olmasındadır. Transaksiyaların təhlükəsizliyi müasir müdafiə texnologiyaları, məsələn, VİSA-dan 3D-Secure və Master Card-dan SecureCode hesabına təmin olunur. Lakin ödənişlərin xüsusi protokola əsasən həyata keçirilməsinə baxmayaraq, İnternetdə həyata keçirilən hər hansı ödəmə əməliyyatları yüksək dərəcədə fırıldaqçılıq hərəkətləri ilə bağlıdır və bu səbəbdən məlum xidmət bu gün çox inkişaf etməyib və çox da populyar deyil.